Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 279,5 milyon manat kredit verilib.
Facemark.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 36,7 % artaraq 264,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 30,8 % artaraq 170 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 65,7 milyon manata düşüb.