Tələbəlik illəri hər bir gəncin həyatında maraqlı anlarla yadda qalır. Bu müddət ərzində tələbə təhsili ilə yanaşı istirahətinə də yer ayırmalıdır. Odur ki, Azərbaycanın ən böyük kinoteatrı “28 cinema” tələbələr üçün maraqlı “1 bilet 1 manata” kampaniyasına həyata keçirir. Belə ki, tələbələr dekabr ayının 26-da “28 cinema” kinoteatrında nümayiş olunacaq “2 günlük evlilik” filminə bileti cəmi 1 manata əldə edə biləcəklər. Kampaniya Access Bankın dəstəyi ilə keçirilir və ölkədə ilkdir.
“Tələbəlik illəri hər bir tələbənin yaddaşında təhsil ilə bərabər maraqlı və şən günlər ilə yadda qalır. Kinoteatra səfərlər də bunlardan biridir. Lakin tələbə olan hər kəs bilir ki, tələbənin maddi vəziyyəti hər zaman kinoteatra getməyinə imkan vermir. Bütün bunları nəzərə alaraq 28 cinema tələbələr üçün belə imkan yaradıb. Həmin gün tələbələr həm maraqlı bir filmə seyr edəcəklər, həm istirahət edəcəklər həm də müsabiqədə hədiyyə qazanmaq imkanı əldə edəcəklər”, – deyə kinoteatrın baş direktorun müavini Kristina Bernard bildirib
Qeyd edək ki, bilet alan zaman tələbə biletini göstərmək lazımdır. Kampaniya yalnız 26 dekabr üçün keçərlidir.
“28 cinema” oturacaq yerlərinə görə ölkədə ən böyük kinoteatrdır və Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.