Bu ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1,219 milyard manatlıq əməliyyat aparıb.
Facemark.az “Report”a istinadən xəbər verir ki,bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilib.
Sənədə əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 % azdır.
Təkcə bu ilin iyul ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 218,8 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur.