Azərbaycanın ən böyük parfum və kosmetika mağazaları şəbəkəsi olan İdeal yeni ilə maraqlı reklam konsepsiyası ilə girib. Konsepsiyanın sloqanı "Vaxt var idi, vaxt yox idi" olaraq seçilib. Konsept qısa olaraq keçmiş zamanla indiki zaman arasında xoş assosasiya yaradaraq müştərilərin diqqətini cəlb etməyi hədəf seçib. Şirkət bu konsept üzərindən 2013-cü ildə də bir çox kampaniyalarını etməyi planlaşdırır. Konseptin elementi olaraq tv, radio çarx, internetdə ən məşhur saytlarda rich-media və standart bannerlər, vitrin dizaynları, pankart və posterlər hazırlanıb.
Kreativ: Rafiq Vəliyev
İcraçı: New Media
Səsləndirmə: Fərid Dadaşov
Kreativ konsepsiya haqqında qısa təqdimata aşağıdakı videodan baxmaq mümkündür.