Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin və sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq üçün mobil telefonlar üçün proqram təminatı istifadəyə verib. Belə ki, proqram təminatını mobil telefonuna yükləmiş istifadəçi, real vaxtda Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında, elanlar və digər məlumatlar əldə edə bilər.


Proqram təminatı tamamilə pulsuzdur və artıq istifadəyə verilib. Hazırda proqram təminatı  iPhone 3GS, iPhone 4, iPhone 4S, iPhone 5, iPod touch (3-cü nəsil), iPod touch (4-cü nəsil), iPod touch (5-ci nəsil) və iPad iOS 4.3 qurğuları tərəfindən dəstəklənir. Həmçinin iPhone 5 üçün də uyğunlaşdırılıb.


Proqram təminatını aşağıdakı linkdən yükləmək mümkündür:


https://itunes.apple.com/az/app/baku-its/id587351186?mt=8


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır. 


Əlavə məlumat əldə etmək üçün : “141” qaynar xətt və rəsmi internet səhifə: www.niim.az