Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Qarant Sığorta” avtomobil sığortasına 20% endirim təklif edir. Belə ki, kinosevərlər “28 cinema” kinoteatrında üzərində “Qarant Sığorta”-ya aid yazı olan bilet əldə etməklə avtomobil sığortası üçün endirim də əldə etmiş olur. Endirim fiziki şəxslərə məxsus avtomobillərin könüllü sığortasına şamil edilir. Bunun üçün müştəriyə “Qarant Sığorta” şirkətinə aid yazı ola bileti sadəcə ofisə gətirmək lazımdır.
Qeyd edək ki, sığorta endirimi olan biletlər “28 Cinema” kinoteatrının qarşısında “Qarant Sığorta” şirkətinin loqosu olan kassalarda satılır
“Qarant Sığorta” şirkəti öz fəaliyyətinə 2007-ci il noyabrın 27-də başlayıb. Şirkətin təsisçisi ölkənin ən iri holdinqlərindən biri hesab edilən “ZQAN Holdinq”dir. “Qarant Sığorta” şirkətinin əsas məqsədi cəmiyyətin sığorta haqqında biliyini artıraraq bütün müştərilərə ən keyfiyyətli xidmət təklif etməkdir.