"Ailə TV" kabel televiziyası operatoru, xalqımızı qarşıdan gələn Yeni, 2013-cü il münasibəti ilə təbrik edir və onları ailəyə daha yaxın olmağa dəvət edir. Belə ki, abunəçilər Bayram günləri, 18+ paketi istisna olmaqla, bütün “Ailə TV” paketlərini pulsuz izləyəcəklər.


Dekabrın 31-dən Yanvarın 2-sinə dək davam edəcək aksiyadan bütün “Ailə TV” abunəçiləri yararlana biləcəklər və beləliklə bayram günləri öz ailələri ilə birlikdə istədikləri telekanlları izləyəcəklər.


"Ailə TV" kabel televiziyası operatoru, bir daha xalqımızın Yenil İlini və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü ürəkdən təbrik edir, xalqımıza ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.