Dekabrda Çində də istehlak qiymətləri azalıb. İstehlakçı qiymətləri ardıcıl üçüncü ay azalsa da, istehsalçı qiymətləri uzunmüddətli enişini davam etdirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çin Milli Statistika Bürosunun (NBS) açıqladığı məlumatlara görə, istehlak qiymətləri indeksi (CPI) dekabr ayında əvvəlki ilə nisbətən 0,3% azalarkən, aylıq 0,1% artıb. Noyabr ayında İndeks illik və aylıq bazda 0,5% azalıb.


İqtisadçılar dekabr ayında istehlak qiymətlərinin illik 0,4% azalacağını və aylıq 0,2% artacağını proqnozlaşdırırdılar.


Turizm və mehmanxanada yerləşdirmə qiymətləri müvafiq olaraq 6,8% və 5,5% artaraq xidmətlər inflyasiyası davamlı olaraq yüksəlmişdir.