Epson dünya üzrə bütün istehsal müəssisələrində 100 faiz bərpa olunan enerjiyə keçdiyini açıqlayıb. Epson həmçinin Yaponiya istehsal sənayesində tamamilə bərpa olunan enerjiyə keçən ilk şirkət olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2023-cü ilin dekabr ayından etibarən dünya üzrə bütün Epson Group obyektlərində istifadə olunan elektrik enerjisinin 100%-i bərpa olunan mənbələrdən əldə ediləcək. Beləliklə, Epson bütün dünyada, o cümlədən Yaponiyada bərpa olunan enerjiyə keçidi tamamlayan ilk şirkət olub.
Epson Group hər il təxminən 876 GWh3 elektrik enerjisi istehlak edir. Bu tələbatı ödəmək üçün Epson bərpa olunan mənbələrdən istifadə etməklə illik karbon dioksid emissiyalarını təxminən 400.000 ton azaltmağı hədəfləyir.