İlk türk astronavt Alper Gezeravcı bu axşam Beynəlxalq Kosmik Stansiyaya uçuşa başlayacaq. Bu tarixi anların canlı şahidi olmaq üçün müxtəlif alternativlər var.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyənin 2021-ci ildə açıqladığı Milli Kosmos Proqramı çərçivəsində bir türk astronavtının kosmosa göndərilməsi üçün müzakirələr başlanılıb və bu işlərin sonunda Alper Gezeravcının Türkiyənin ilk kosmos səyahətçisi olmasına qərar verilib.


Gezeravcının səyahətinə sayılı saatlar qalıb. Buraxılış yanvarın 17-dən 18-nə keçən gecə, yəni Türkiyə vaxtı ilə bu gecə saat 01.11- də baş tutacaq. Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır və onu müşayiət edən elm adamlarından ibarət heyət Floridadakı lansmanı izləmək üçün ABŞ-a gedib.


Uçuşu onlayn və pulsuz izlənilə bilər və bunun üçün bir çox alternativ var. SpaceX və Axiom Space birgə yayımı 17 yanvar 2024-cü ildə Türkiyə vaxtı ilə saat 23.15- də başlayacaq . Bu yayımları Axion Space YouTube kanalında və SpaceX-in X hesabında izləmək mümkün olacaq.


NASA-nın yayımı NASA TV və NASA+-da həyata keçiriləcək. Bu veriliş yanvarın 18-i saat 00.15-də başlayacaq. Yayım havaya qalxdıqdan 15 dəqiqə sonra bitəcək.