Azərbaycan bazarına qısa müddətdir daxil olmasına baxmayaraq Worldcard artıq cəmiyyətimizdə alış-verişin simvollarından birinə çevrilməyi bacarıb. Alış-verişi rahatlaşdıran, hissə-hissə ödəmə kimi üstünlüyü olan və pul xərclədikcə həmin pulların bir hissəsinin bal şəklində geri qayıtması müştəriləri cəlb etməyə bilməz.
Yapı Kredi Bank və Worldcard hər zaman yenilənən kampaniyaları ilə müştərilərini sevindirir. «Vadaa» yalnız Azərbaycanda deyil, həmçinin ölkə hüdudlarından kənarda da daim istehlakçıların xidmətindədir. Bəzi insanlarda və bir çox Worldcard istifadəçilərində yalnış fikir formalaşıb. Onlar düşünürlər ki, Worldcard ilə yalnız Türkiyə, Rusiya və Dubayda keçərlidir. Amma əslində isə həqiqət tamam başqadır. Belə ki, Worldcard ilə dünyanın dörd bir yanında Master Card loqosu olan istənilən ticarət obyektində rahat-rahat alış-veriş etmək mümkündür. Türkiyə, Rusiya və Dubayda isə Azərbaycanda olduğu kimi alış-veriş edib hissə-hissə ödəmək mümkündür.
Yeni il ərəfəsində də Türkiyə, Rusiya və Dubayda əzizləriniz, yaxınlarınız və ya elə özünüz üçün alış-veriş edib xərclənən məbləği sonrakı 3 ay ərzində rahat şəkildə hissə-hissə ödəyə bilərsiniz. Worldcard sizin üçün alış-verişi əsl əyləncəyə və istirahətə çevirəcək.
Kampaniyanın əsas şərtlərindən biri alış-verişlərin 100 azn və daha yüksək məbləğdə olmasıdır. Worldcard Classic və Worldcard Gold sahibləri kampaniyadan 2013-cü ilin yanvar ayının 13-nə kimi faydalana bilər. Worldcard Platinum istifadəçilərinə isə müddət üçün heç bir məhdudiyyət qoyulmur. Yəni sözügedən kartla ilin istənilən vaxtında alış-veriş edib hissə-hissə ödənişi həyata keçirmək olar.
Tələsin, artıq yeni ilə çox az qalıb. Siz hələ də Worldcard istifadəçisi deyilsinizsə, onda durmadan onu əldə etməyə tələsin. Yeni ilan ilini Worldcard-ın təqdim etdiyi kampaniyalardan yararlanaraq keçirin və bu yeni il sizin üçün daha da yaddaqalan olsun! Bu fürsəti əldən verməyin!
Kampaniya haqqında ətraflı məlumatı rəsmi saytımıza və ya Worldcard Azərbaycan Facebook səhifəsinə daxil olmaqla,eləcə də *0444 nömrəsinə telefon zəngi etməklə əldə edə bilərsiniz.