“2013-cü il ictimaiyyətin sağlam həyat tərzinə münasibətinin formalaşdırılması baxımından şirkətin inkişafında çox əhəmiyyətli bir mərhələ olacaq, eləcə də cəmiyyətimizin təhsilin səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək”. Bunu "JALƏ" brendinin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Tamilla Abdullayeva deyib. O, bildirib ki, əgər biz əvvəllər FMCG bazarında işləyən şirkətlərin əksəriyyəti kimi müştərilərimiz arasında əyləncə xarakterli müxtəlif müsabiqələrin keçirilməsinə üstünlük verirdiksə, növbəti ildə fəal gənclərin, uşaqların, ailələrin iştirak edəcəyi çoxsaylı tədbirlərin, müsabiqələrin, reklam kampaniyalarının keçirilməsini nəzərdə tutan "Sağlam və savadlı cəmiyyət" şüarı altında fəaliyyət göstərəcəyik.
Bu tədbirlərdə iştirak edən insanlar arasında biz sağlam həyat tərzi, idman, düzgün qidalanma və bizim üçün çox böyük əhəmiyyət kəsb edən təhsilə qoşulmaq istəyənləri həvəsləndirmək və hər vasitə ilə təşviq etməyi qarşımıza bir məqsəd olaraq qoymuşuq.
Hal-hazırda, yeni il ərəfəsində, 26 dekabr 2012-ci il tarixindən Facebook-dakı səhifəmizdə çox maraqlı bir müsabiqəyə start vermişik. Müştərilərimiz hər gün burada təqdim edilən suallara cavab verərək, qiymətli hədiyyələr qazana bilərlər. Ancaq müsabiqənin əsas xüsusiyyəti ondadır ki, bizim hədiyyələrimiz yaşadığımız cəmiyyətdə bu cür müsabiqələrdə qəbul edilən və adi hədiyyələrdən fərqlənir.
Bizim hədiyyələrimizin sırasına bestseller kitablar, dünyanın şəkil qalereyalarının, muzeylərinin kataloqları, dahi yazıçıların ən maraqlı romanlarının hədiyyəlik nəşrləri, dünyanın istənilən kitabxanasındakı kitabları köçürmək və oxumaq imkanı verən elektron kitablar, smartfonlar və s. daxildir. Müsabiqə 1 yanvar tarixindən sonra da bir neçə gün ərzində davam edəcəkdir.
Arzu edən hər bir kəs, Facebook-dakı səhifəmizi ziyarət edərək, müsabiqəmizdə iştirak edə və hədiyyələr qazana bilər.
Biz hamıya uğurlar arzulayır, eləcə də xalqımızı hər kəsi sağlam və xoşbəxt görmək istədiyimiz qarşıdan gələn 2013-cü il münasibətilə təbrik edirik!