Xəbər verdiyimiz kimi, 2012-ci ilin oktyabr - dekabr aylarında Azərbaycanda ilk praktiki marketinq təlimləri olan “Marketing AİR” təlimləri keçirilmiş və uğurla başa çatdırılmışdır. Həmin təlimlərə 90 nəfərə yaxın iştirakçı qatılmışdır. Onların içərisində ümumi olaraq 40-dan çox müxtəlif şirkətlərin əməkdaşları və 6 ali təhsil oçağımızın tələbəsi idi. İştirakçılar arasında işləyənlər 58%, tələbələr 42 % təşkil edirdi.


Əvvəlcədən nəzərdə tutulduğu kimi, mart ayının 1-dən 2-ci “Marketing AİR” təlimləri keçiriləcək.


Marketing AİR nədir?



Marketing AİR -marketinq, reklam, pr və digər əlaqəli sahələrdə çalışanlar və ümumilikdə marketinqlə maraqlanan hər kəs üçün yerli biznes-keysləri özündə əks etdirən praktiki marketinq təlimləridir.


Təlimlərin əsas məqsədi nəzəri marketinqlə praktiki marketinq arasında olan fərqi minimum endirməkdir. Bunun üçün də nəzəri biliklər əsas alınmaqla yerli bazarda uğur qazanmış praktiki metodlarla müxtəlif mövzuları əhatə edən seminarlar təşkil olunacaq. Treninqlər “Marketing AİR” adı altında keçiriləcək. Maraqlananlar üçün təlimə verilən adın mənası real təcrübələrə dayanan milli marketinq havası anlamına gəlir. Təlimin əsas sloqanı isə azərbaycan dilində “paylaşırıq” mənası verən “we share”dir.


Hansı mövzular olacaq?



Əsasən strateji marketinq, brendinq, müştər psixologiyası və marketinq kommunikasiyaları kimi mövzular real təcrübələr əsasında tədris olunacaq.


Strateji marketinq - Azərbaycan və yerli şirkətlərdə tətbiq edilən marketinq strateqiyaları, onların praktik tərəflərində meydana çıxacaq məsələləri müzakirə edərək şəxsi təcrübələrdən misallar veriləcək. Həmçinin burada strateji idarəetmədə olan yeni tendensiyalar barədə danışılacaq.


Brendinq - Burada yerli şirkətlərdə brendinqin təşkili haqqında real təcrübələrdən söhbət açılacaq və bütün mövzular sırf keys xarakteri daşıyacaqdır. Brendinq muasir biznesin əsası olduğundan seminarların üzərində ciddiişlənilərək daha faydalı məlumatlar paylaşılacaq.


Yeni marketinq, kommunikasiyalar və müştəri psixologiyası - Bu silsiləyə aid seminarlar marketinqin gələcəyi, muasir marketinq texnoloqiyaları, bir sözlə gələcək marketinq barədə söhbətlər olacaq və marketinq kommunikasiyalarından danışılacaq. Eyni zamanda müasir dövrdə uğura gedən yol müştərinin qəlbindən keçdiyindən onun “qəlbini” ələ almaq üçün müştəri psixologiyası haqqında yerli və xarici praktika paylaşılacaqdır.



Ümumilikdə 25 məşğələ olacaq və bütün dərslər Steinbeis Global İnstitutunun xüsusi marketinq hazırlığı proqramı ilə həyata keçiriləcək. Eyni zamanda, Azərbaycan marketinq sektorunda olan fikir liderləri ilə və şirkət rəhbərləri ilə görüşlər olacaqdır. Təlim iştirakçılarına sertifikatlar və Marketinq AİR diploma veriləcəkdir.



Proqramın ödəniş haqqı – 190 AZN-dir. Fevral ayının 1-dək qeydiyyatdan keçib ödəniş edənlərə 20% endirim. Həmçinin iştirakçılar arasında keçiriləcək olan diplom işi müsabiqəsinə görə qalib olan 1 nəfər 2013-cü il Türkiyədə İstanbul şəhərində yerləşən Boğaziçi universitetində keçirilən Marketinq Konfransında pulsuz iştirak haqqı qazanacaqdır.




Treninqləri kim keçəcək?



Treninqləri marketinq sahəsində təcrübəli şəxslər tərəfindən keçiriləcək:



Anar Bayramov - "Moderniture" şirkətinin Baş Meneceri


İlkin Manafov - "Embawood" şirkətinin marketinq direktoru


Rafiq Vəliyev - "İdeal Perfumery and Cosmetics" şirkətinin marketinq direktoru



Necə iştirak etmək olar?



Marketing AİR seminarlarında iştirak etmək üçün www.facemark.az saytında xüsusi olaraq yaradılmış www.marketingair.facemark.info linkindən istifadə edərək qeydiyyatdan keçmək lazımdır.Yuxarıda qeyd olunmuş linkdən istifadə etməklə qeydiyyat üçün lazımı məlumatları əlavə edərək qeydiyyatınızı tamamlamış olursunuz. Qeydiyyatdan keçdikdən sonrakı prosedurlar barədə operatorlar Sizinlə telefon və maillə əlaqə saxlayıb bilgilər verəcəkdir. Seminarların keçirilməsi vaxtı və yeri və ümumiyyətlə istənilən yenilik operativ olaraq Sizə çatdırılacaqdır. Yuxarıda qeyd etdiyimiz kimi treninqlərin ilk günü 01 mart 2013-cü il olaraq nəzərdə tutulub. Qeydiyyat işləri isə 1 yanvardan 26 fevraladək davam edəcəkdir.



Təlimin əsas hədəf kütləsi işləyən menecerlər və marketinq (biznes) karyerası qurmaq istəyən tələbələr olduğu üçün təlim vaxtının yenədə iş vaxtından sonra, yəni saat 19:00-da olması planlaşdırılır.



İştirakçılar və ya treninqlərlə maraqlananlar suallarınızı fasiləsiz olaraq Sizə xidmət göstərən operatora zəng etməklə verə bilər vəya e-mail yaza bilərsiniz.


E-mail: marketingair@facemark.az Tel: +99470 333 05 30



Marketing AIR 1 haqqında tanışlıq məqsədi ilə video görüntü