Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Apple-ın geyilə bilən məhsulların sırasına süni intellektlə dəstəklənən ağıllı eynəklər və kamera ilə təchiz edilmiş AirPodlar daxil ola bilər. Bloomberg-dən Mark Qurmanın sözlərinə görə, hər iki konsepsiya plan mərhələsindədir.


Sözügedən ağıllı eynəklər AirPodları əvəz edəcək. Bununla belə, daha çox sensor ehtiva etməklə yanaşı, ağıllı eynəklər süni intellekt xüsusiyyətlərinə və daha uzun ömürlü batareyalara sahib olacaqlar. Ağıllı eynəkləri Vision Pro-nun daha sərfəli versiyası kimi düşünə bilərik. Digər tərəfdən isə, bu eynəklər Apple-ın son məqsədi olaraq təyin edə biləcəyimiz yüksək keyfiyyətli şəffaf ekranlara malik artırılmış reallıq üz kompüteri kimi yerləşdirilməyəcək. Bu mənada sözügedən ağıllı eynəklərin Meta Ray-Ban eynəklərinə daha çox rəqib olacağını söyləmək olar.