Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Apple şəxsi robototexnika sahəsinə də addım atmağı planlaşdırır. Şirkət Jetsons cizgi filminin kült personajı Rozey Robot kimi ev robotunu həyata keçirməyə hazırlaşır.


Bildirilir ki, “Apple” istifadəçiləri evdə izləyə bilən mobil robot üzərində işləyir. Robot texnologiyasından istifadə edərək masaüstü cihaz hazırladıqları da bildirilir. Şirkətin stolüstü robot qurğusu evdə istifadə üçün nəzərdə tutulmuş mobil robotdan daha təkmildir.


Apple bu il elektrikli avtomobil layihəsini ləğv etmək və yeni məhsul kateqoriyalarına diqqət yetirmək qərarına gəlib. Bundan əlavə, süni intellektə və ağıllı ev texnologiyalarına marağın artması şirkəti ev robotları üzərində işləməyə yönəldir.