Azərbaycanda facebook sosial şəbəkəsində mərhələli və rəsmi şəkildə keçirilən ilk yarışma olan Biləndər marketinq, fəlsəfə və məntiq yarışması artıq 2-ci mövsümünü də bitirdi. www.facemark.az marketinq portalının rəsmi facebook səhifəsinin təşkilatçılığı ilə keçirilən yarışma bu dəfə sponsor dəstəyi ilə keçirildi.Yarışmanın baş sponsoru Wentto Telecom mağazası oldu ki yarış boyu iştirakçılara dəyərli və maraqlı hədiyyələr təqdim etdi. Gözlənildiyi kimi çox maraqla qarşılanan 2-ci mövsümdə də yarış izləyicilərinin iştirakçıların say çoxluğu ilə yadda qaldı.
Bu dəfə ilk yarışdan fərqli olaraq yarış ərzində verilən sualların 60%-dən çoxu marketinq və onun bölmələri ilə bağlı oldu. Yarış ərzində yayımlanan suallar etibarlı mənbələrdən götürüldüyü üçün iştirakçılar tərəfindən rahat qəbul olunurdu.
Yarış tək facebook istifadəçiləri tərəfindən deyil bir çox şirkətlərin nümayəndələri tərəfindən də izlənilirdiki bu da yarışın gedişi dövründə özünü göstərdi. Bir neçə şirkət nümayəndəsi facebook səhifələri üçün yarışmamızın ümumi konsepti və gedişat haqqında ətraflı məlumat aldılar.
İlk dəfə olduğu kimi bu dəfə də yayımlanan suallar xüsusi dizaynda yayımlanırdı. Biləndər 1 –də olduğu kimi bu dəfə də hər həftə həftə ərzində iştirakçılar yayımlanan suallara cavab yazaraq xallar toplayırdı və həftə içi 5 gün ərzində ən çox xal yığan 5 nəfər həftənin finalına vəsiqə qazanırdı. Həftənin finalına vəsiqə qazanıb yarışan 5 iştirakçıdan 3-ü isə ayın finalına vəsiqə qazanırdı və 1 nəfər həftənin qalibi olurdu. Yalnız bu dəfə bir fərq var idi ki, həftənin qalibi olan şəxs ayın finalına vəsiqə qazanmaqla yanaşı həmçinin baş sponsorumuzdan çox maraqlı bir hədiyyə Bakcell 3G datakart hədiyyə qazanırdı. 4 həftə ərzində 12 şəxs ayın finalına vəsiqə qazanmalı idi. Lakin sonuncu həftə finalı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik gününə təsadüf etdiyindən və həmçinin 3 və 4-cü yerdə olan iştirakçıların xalları eyni olduğundan təşkilatçılar hər iki iştirakçının finalda iştirakına qərar verdi. Beləliklə finalda 13 nəfər yarışdı və simvolik olaraq yeni 2013-cü ilin ilk günündə 13 iştirakçıdan 1-i qalib oldu. Qalib isə baş sponsorumuz Wentto Telecom tərəfindən Nokia Asha 200 mobil telefonu ilə mükafatlandırıldı. Yarışın 2-ci və 3-cü yerlərinin sahibləri də baş sponsor tərəfindən Bakcell 3G datakart ilə mükafatlandırıldı.
Yarışın ümumi statistikasına gəldikdə rəqəmlərdə yüksək artım diqqət çəkir. Çünki bu dəfə ilk yarışda iştirak edənlərlə yanaşı yeni iştirakçılarda yarışda iştirak edirdilər. Əlbəttə ki buna facemark.az portalının facebook səhifəsinin də izləyicilərinin da artımı öz təsirini də göstərdi. Belə ki ilk yarış keçirilən vaxt səhifənin 28 000 –dən çox izləyicisi var idisə bu dəfə 36 000 dən çox şəxs səhifənin izləyicisidir. Ümumi statistikanı statistika sevərlər üçün sonda paylaşırıq.
Statistika:
Turlar: Ümumi 25 tur. 24 həftədaxili 1 super final – ay finalıturu
Mövzular: marketinq, fəlsəfəvəməntiq
Suallar: 150sual. (87 marketinq, 31 fəlsəfə, 32 məntiq ) 100 həftə daxili sualı 40 həftə finalı sualı, 10 super final sualı.
Yarışma ilə bağlı ümumi paylaşımlar: 230
Yarışma xəbərlərinə yazılan kommentlər: 6300 –dən çox
Yarışma xəbərlərinin viral olaraq görünməsi: 650 000 –dən çox
Bütün suallara ortalama cavab yazan: 4050–dənçox
Xal toplayan iştirakçı: 234 nəfər
Super final iştirakçıları: 13 nəfər
Qalib iştirakçı: 1nəfər
Yarışmanın qalibi -Gülanə Həmidova
Yarışmada II- Dilarə Əfəndiyeva
Yarışmada III -Fariz Əliyev
Yarışmanın qalibləri
I həftənin qalibi – Nigar Əliyeva
II həftənin qalibi – Rəksanə Məmmədova
III həftənin qalibi – Bəhruz Novruzov
IV həftənin qalibi – Gülşən Mehrəliyeva