Gələcəkdə daha da güclənəcək və ya daxili problemləri ilə məşğul olacaq bilinmir, amma bu dəqiqdir: Çin dünyanın yeni ən güclü istehlaklçısıdır. Təxminən 160 milyon istehlakçıdan ibarət olan yeni orta sinif markalar üçün cüt rəqəmli böyümə mənasını verir. İqtisadi inkişafın istehlak gücü yüksəkdir, üstəlik Yaponiyaya görə daha gəncdir və yeni markaları sınamağa daha həvəsli zəngin bir istehlakçı qrupu yaratmış vəziyyətdədir. Potensial istehlakçı kütləsinin böyüklüyü, satın alma arzusu və yaxın zamana qədər qərbdən gələn bir mədəniyyət, yeni bir iş fürsəti mənasını verir:
Çin istehlakçısına xüsusi istehsal və dizayn.
Biz TRENDDESKdə bu fürsəti "Çinnovasiya" olaraq adlandırdıq: Yalnız Çin üçün, Çin istehlakçısına xüsusi olaraq yenilikdir. Lüks ilə qarışan Hermès 2008-ci ildə Çin üçün xüsusi olaraq ilk lüks markasını yaratdı: "Shang Xia". Adın birə-bir tərcüməsi "yuxarı aşağı" mənasını verir. “Yuxarı aşağı” enerjinin keçmişdən gələcəyə axışı mənasını verir. Shang Xia keçmişdən gələn qədim Çin səltənətini XXΙ əsr estetikliyi və aktual texnikaları ilə birləşdirir. Zamanla genişlənəsi olan bu portfeldə hələlik ev əşyaları, ev üçün tekstil məhsulları, farfor lampalar, bijüteriya və çay növləri var. Hər şey Çin ustalarnın əl işləridir. Məsələn, tək bir boyunbağının əldə işlənib yaradılması 4 ay davam edir. Məhsulların hamısı az sayda istehsal olunur və yüksək qiymətlə satılır. İngilis zadəganlığı ilə qaynaşan Harrods Şanxayda nəhəng bir mağazanın yaradılacağını proqnoz edir. Şirkətin direktoru Michael Ward, bir neçə ay əvvəl etdiyi açıqlamalarda Harrodsa gələn Çinli ziyarətçilərin digər qruplara görə adam başına 3 qat daha çox xərclədiyini vurğuladı. Planlanan açılışda Harrodsun əl dəyişdirməyi də mühüm rol oynayır. Fayed ailəsi 2010-cu ildəki satışdan sonra rəhbərlikdən tamamilə çəkildi. Yeni sahib Qatar Holdinq isə "lüksün yalnız tək Məkkəsi vardır" prinsipi ilə hərəkət edən ailəyə görə daha təşəbbüskardır. Şanxay üçün planlanan mağazanın ən az Knightsbridge mağazası qədər görkəmli olacağı nəzərdə tutulur.
Coca-Cola isə 2010-cu ilin mart ayında yalnız Çində önə sürdüyü "Sprite Tea" ilə bazarın ən sevilən iki içkisini birləşdirdi: Sprite və yaşıl çay. Sprite 1.34 milyard istehlakçıdan ibarət olan Çin bazarında, hətta Coca-Cola markasında ən yüksək paya sahib qazlı içkidir. Yaşıl çay isə təxminən iki min ildir Çin mədəniyyətinin içindədir. Üstəlik Çində çay ilə əlaqədar vərdişlər son illərdə sürətlə dəyişir. Artıq yaşıl çaya nəinki ənənəvi bir içki olaraq, həm də praktik və hazır məhsul kimi yanaşılır. Sprite Tea bu dəyişmədən pəhriz içkisi kimi tanınmağı hədəfləyir. Uzun müddətdir Çinin istehlak dünyası ilə əlaqəsini izah edən "Made in China" sözünün yanında indi bir yenisi daha meydana gəlir: "Made for China". Çinnovasiyanın ikinci mərhələsi ilkindən daha maraqlı olacaq. Hermes artiq indidən Avropadakı ilk “Shang Xia” mağazasının planlarını qurur. Mağaza Parisdə 2011-ci ilin sonunda açılacaq. Yaxın gələcəkdə innovasiyanın hədəf coğrafiyası ilə birlikdə istiqamətləri də növlərə ayırıla bilər: Artıq öyrəşdiyimiz ənənənin tərsinə, trend demək ki,şərqdən qərbə doğru hərəkət edəcək.