Şirkətlər arasında marketinq müharibələri deyəsən Azərbaycana da çatdı. Bir müddət əvvəl, ölkənin ən böyük mobil operatoru olan "Azercell" Rafael və Coşqununun mələk, yadplanetlilər və ovçular rolunda çıxış etdikləri yumoristik reklam kampaniyasına start vermişdi. Yaxşı və Pis obrazları ilə kampaniyaya başlayan Azercell mövzunu davam etdirəcəyinə söz vermişdi. Sözügedən reklam çarxı Youtube-da da yetəri qədər izlənilmişdir. Azercell-ə cavab olaraq "Bakcell" operatoru da sosial şəbəkələrdəki rəsmi kanallarında "Öpürəm" adı bir video çarx yayımlanıb.
Daha öncə də məlumat verdiyimiz kimi, ötən ilin oktyabr ayında "Bakcell" şirkəti dünyanın məşhur futbol klublarından biri olan "Mançester Yunayted"lə tərəfdaşlıq sazişi imzalayıb.
Bu əməkdaşlıqla bağlı daha öncələr operator tərəfindən klubun oyunçularının yer aldığı müxtəlif reklam çarxları yayımlanmışdı. Hərçənd "Bakcell"-in bu çarxla nə nəzərdə tutduğu dərhal aydın olmasa da, artıq dəqiqliklə bildirmək olar ki, "öpürem" reklam çarxı "Azercell-in" Yaxşı və Pis obrazları ilə kampaniya mövzusuna cavab idi.
Məlumat üçün qeyd edək ki, daha öncəki çarxların kreativ ideyası "McCann Erickson Azerbaijan"-a, istehsalı isə "Mob films Manchester"-ə aiddir.
Bu dəfə isə şirkətin sosial şəbəkələrdəki rəsmi kanallarında daha bir video çarx yayımlanıb. "Öpürəm" adlı video çarxda bu dəfə də "Mançester Yunayted" oyunçuları yer alıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, bu çarx "Bakcell"in yaxın gələcəkdə təqdim edəcəyi yeniliklərlə bağlı olaraq tizer xarakteri daşıyır. Həmin videoçarxı diqqətinizə çatdırırıq:
Kimin kimi üstələdiyini özünüz mühakimə edin. Biz yalnız bazarın böyük oyunçularının arasında ilk marketinq müharibəsi faktını təsdiq edirik və inkişaflarını gözləyək.