Sazz 4G İnternet müştərilərin göstərdikləri böyük maraq və rəğbəti nəzərə alaraq yanvar ayının 12-dək nəzərdə tutulmuş yeni il endirim kampaniyasının müddətini bir həftə uzatmaq qərarına gəldi. Beləki, müddəti yanvarın 19-dək uzadılmış kampaniya çərçivəsində mövcud müştərilərə və abunəçi olmaq istəyənlərə cəlbedici endirimlərin təqdim olunması davam edəcək. Endirimlər Sazz məhsullarının əksəriyyətini əhatə edir:

İki aylıq abunə haqqını ödəyən bütün yeni abunəçilərə USB fleş modemi hədiyyə olunur. Üç aylıq abunə haqqını birdəfəyə ödəyən yeni müştərilər isə USB modemini hədiyyə qazanmaqla bərabər MF10 Wi-Fi ruterini cəmi 25 manata əldə edə bilərlər. Mövcud müştərilərin isə növbəti aylıq abunə haqqını ödədikdə MF10 Wi-Fi ruterini 35 manata alamaq imkanları var.

Endirim kampaniyası həmçinuin İX350 və İX380 WiMAX Wi-Fi stasionar modemlərini, eləcə də Wimaxion simsiz portativ modemi də əhatə edir. Stasionar modemlər 2 aylıq abunə haqqını birdəfəlik ödəyənlərə 20 faiz endirimlə təqdim olunur. Şirkətin bu yaxınlarda satışa çıxardığı Wimaxion simsiz portativ modem də güzəştlə satılır. Bu universal modemi alanlar 1 aylıq pulsuz limitsiz internet əldə edə bilərlər. Paketlər həm yeni, həm də mövcud müştərilər üçün nəzərdə tutulub.


Yeni il endirim kampaniyası Sazz 4G Internetin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz 4G satış nöqtələrində keçərlidir. Sazz 4G xidmətləri haqqında daha geniş məlumatları www.sazz.az saytından, Sazz 4G feysbuk səhifəsindən, 191 nömrəli qaynar xətdən, habelə istənilən Sazz 4G satış nöqtəsindən əldə etmək olar.