Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq DəmirBank-da “SAP for Banking” proqram təminatının bir sıra modulları uğurla tətbiq edilib.


2012-ci ilin dekabr ayında proqram təminatının HR (İnsan Resursları), Payroll (Əməkhaqqı), FI (Maliyyə), Treasure (Xəzinədarlıq) və OpenText (Elektron Kargüzarlıq) modulları tətbiq edilib. Bu istiqamətlərdə fəaliyyət artıq müvafiq modullarda həyata keçirilir. Hər modul müxtəlif komponentlərdən ibarətdir. Misal üçün, SAP HR (İnsan Resursları) Təşkilati idarəetmə, İşçilərin idarəedilməsi, Vaxtın idarə edilməsi və sair komponentləri üzündə birləşdirir.


Layihənin əsas olan 2-ci fazası hazırda yekunlaşmaq üzrədir. SAP for Banking proqram təminatının son 8-ci versiyasının digər hissələrinin tətbiqi 2 – 3 aya tamamlanmalıdır.


Core Banking System (Hesabların İdarəediləməsi, Təminatların idarəedilməsi) və CRM (Müştərilərlə Əlaqələrin İdarəedilməsi) modulları üzrə layihələndirmə, əksər tətbiqi işlər, nizamlanma və ilkin testləşmə yekunlaşıb. İşçilərin treninqi, yekun testləşmə və məlumatların miqrasiyasından sonra proqramın bu hissələri də tətbiq ediləcək.


Dünyanın bir çox aparıcı şirkətləri və bankları SAP proqramından istifadə edir. SAP-nin tətbiqi bütünlüklə biznes proseslərin optimallaşdırılmasını, avtomatlaşdırılmasını və effektivliyin artırılmasını təmin edir.


Məlumat üçün, 2011-ci ildə DəmirBank IT infrastrukturun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması məqsədi ilə “İT infrastrukturun yenilənməsi” layihəsini də uğurla həyata keçirib. İT infrastrukturun yenilənməsi, mütərəqqi texnologiya və avadanlıqlardan istifadə, “SAP for Banking” proqramının tətbiqi Bankın gələcək inkişafına, yeni xidmətlərin tətbiqinə, müştəri xidmətinin yaxşılaşmasına və sair mühüm hədəflərə nail olmağa imkan verəcək.


“SAP for Banking” proqramı DəmirBank-ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) dəstəyi ilə tətbiq edilir.