Azərbaycanın premium səviyyəli, ən böyük kinoteatrı olan “28 cinema” ingilis dilində filmlərin nümayişinə başlayır. Belə ki, artıq yanvar ayın 23-dən etibarən paytaxtın ingilis dilli sakinləri, qonaqları və  kinosevərləri ingilis dilində olan filmləri hər həftənin çərşənbə günləri izləyə bilərlər. Seanslar gün ərzində iki dəfə - günün ikinci yarısında və axşam saatlarında təşkil olunacaq.  


“Bilirsiniz ki, Bakı çox tolerant bir şəhərdir və burada müxtəlif dillərdə danışan xeyli insan yaşayır. Əcnəbilərin ortaq dili isə ingilis dilidir. Odur ki, biz kinoteatr olaraq Bakıda yaşayan bu təbəqəni də nəzərə alaraq, onlara xoş film istirahəti üçün şərait yaratdıq. Əminəm ki, bu şərait onların ürəyincə olacaq”, -  kinoteatrının Baş Direktorun müavini Kristina Bernard bildirib


Qeyd edək ki, kinosevərlər yanvar ayın 23-də “Henzel və Qretel əcinnə ovçuları” 3D filminə ingilis dilində iki seansda – 14:10-da və 20:05-də izləyə bilərlər. Daha ətraflı məlumatı www.28cinema.az saytından əldə edə bilərsiniz. Bundan başqa saytda biletləri onlayn almaq imkanı var və ya 012 499 89 88 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz. Həmçinin bizim www.facebook.com/28cinema facebook səhifəmizi izləyə bilərsiniz.


Bizim ünvan: 28 May metro stansiyasının yaxınlığında yerləşən 28 Mall ticarət mərkəzinin 5-ci mərtəbəsi.


 “28 cinema” oturacaq yerlərinə görə ölkədə ən böyük kinoteatrdır və Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.