Azərbaycanın ən geniş yayılmış kredit kartı olan Bolkart istifadəçilərinin sayı bu günlərdə daha da artaraq 50.000 rəqəmini aşıb. Bu rəqəm son zamanlar sürətlə çoxalan Azərbaycanın müxtəlif kredit kartları arasında ən yüksək göstəricidir. “Bank of Baku”-ya məxsus olan Bolkart Azərbaycanın hissə-hissə ödənişli ilk kredit kartıdır. “Bank of Baku”  Bolkartı 2011-ci  ilin sonu kütləvi dövriyyəyə buraxıb. Ötən qısa müddət ərzində Bolkart böyük populyarlıq qazanaraq ölkəmizin bank kartları siyahısında birinci yeri əldə edib və bu gün liderliyini əminliklə saxlamaqdadır.


 


Bolkartın əsas üstünlüyü alınan malın dəyərini 1,3,6 və ya 12 aya bərabər hissələrə bölüb  ödəmək imkanından ibarətdir. Bolkart pulsuzdur və kartı aktivləşdirdikdə hesabdan heç bir komissiya haqqı tutulmur. Bu gün Bolkartla ölkəmizin 500-dən çox dükan və ticarət mərkəzlərində alış-veriş etmək mümkündür. Bu kredit kartı ilə tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar.  Lakin Bolkart sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir. Beləliklə, müxtəlif  bayram günlərində vətəndaşlar nağd vəsait problemlərini də həll etmiş olurlar. Bolkartın balansı 3000 manata qədər olur.


 


Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar. Bolkartı habelə arayışsız 28 Mall və ya Metropark ticarət mərkəzlərindəki “Bank of Baku”-nun xüsusi məntəqələrindən əldə etmək mümkündür. Bundan savayı, kartı “Səbət” marketlər şəbəkəsindən xüsusi “Box’ça” layihəsi çərçivəsində əldə etmək olar.


Bolkartın üstünlükləri ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.