Ailə TV kabel operator televiziyası və Ailə NET internet provayderi abunəçilərə göstərilən xidmətlərə görə abunə haqlarının ödənilməsi istiqamətində yeni sistemin tətbiqinə başlayıb. 


İndi Ailə TV və Ailə NET abunəçiləri abunə haqlarını digər vasitələrlə yanaşı (pay point terminalları, banklar, Ailə TV fililaları və onlayn rejimində ödəniş) “easy pay” sistemi vasitəsilə də həyata keçirə biləcəklər.


Bunun üçün artıq şirkət müvafiq layihəni reallaşdırıb və bu gündən etibarən abunəçilər bu imkandan yararlana bilərlər.


 


Qeyd edək ki, yeni tətbiq olunmuş sistemdən yalnız Ailə TV -nin rəqəmsal yayımına qoşulmuş abunəçilər və eləcə də Ailə NET internet provayderinin ximətlərindən istifadə edən abunəçilər istifadə edə bilərlər.


Kabel televiziyası və internet provayderin xidmətlərindən istifadəyə görə nəzərdə tutulmuş abunə haqqını ödəmək üçün abunəçilər Bakı şəhərinin müvafiq nöqtələrində yerləşən və “easy pay” sistemini dəstəkləyən ödəmə məntəqələrinə yaxınlaşmalı (əsasən mağazalarda terminallar vasitəsi ilə) və müvafiq məbləği ödəməlidirlər. Ödəmə məntəqləri və onların yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı abunəçilər 012 920 qısa telefon nömrəsinə zəng etməklə və ya www.aile.tv saytına daxil olmaqla əldə edə bilərlər.


Qeyd edək ki, yeni sistem abunəçilərə abunə haqqını daha rahat və tez həyata keçimək imkanı yaradır. Bu sistemdən istifadə abunəçilərə daha keyfiyyətli xidmət göstərməyə şərait yaradır.