Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq “Bank of Baku” yeni “Facebook fan kredit” layihəsinə başlayacaq. Layihə çərçivəsində hər bir Facebook sosial şəbəkə istifadəçisi müəyyən meyarlara uyğun gəldikdə “Facebook fan kredit”  ala biləcək. Bu kredit növünü almağa iddialı şəxsin azı 20 yaşı olmalı və Facebook-dan istifadə müddəti minimum 6 ay təşkil etməlidir. İstifadəçi  “Bank of Baku”-nun korporativ sosial şəbəkə saytını bəyənməlidir (like). Fan krediti almaq niyyətində olan istifadəçilər “Bank of Baku”-nun Facebook səhifəsində yerləşdirilmiş, xüsusi hazırlanmış proqramda anketi doldurmaqla fan kredit üçün namizədliyini təsdiqləmiş olur.


 


Facebook fan kreditin əsas fərqli cəhətləri aşağıdakılardır:


-         Müştərilərin daha yüksək məbləğdə arayışsız nağd kredit əldə etmək imkanı


-         Kredit məbləğinin müəyyənləşdirilməsində maliyyə göstəriciləri ilə yanaşı, onun facebook səhifəsindəki məlumatlarının, şəbəkədəki aktivliyinin və dostlarının sayının meyar kimi çıxış etməsi


-         Müştərinin dostlarının ona kredit üzrə faiz dərəcəsində yüksək endirim əldə etməsində dəstək olması (“like” saylarına görə kreditin illik faizində endirimlər nəzərdə tutulur)


Müraciət edənlərin sifarişləri müraciət müəllifi banka gəlmədən ilkin təhlil olunacaq və tam növbəsiz kredit almaq imkanı əldə edəcək.


Layihənin başlanma tarixi barədə əlavə məlumat veriləcəkdir.


“Facebook Fan kredit” layihəsi ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.