Hyundai Yeni Nəsil Santa Fe Euro NCAP qiymətləndirməsinə görə sinfinin ən təhlükəsiz avtomobili elan edilib. Mercedes-Benz M-Class və Range Rover-ində daxil olduğu «LargeOff-Road 4x4” ( Genişyolsuzluqavtomobili 4X4) sinfində Yeni Nəsil Santa Fe bütün kateqoriyalar üzrə “Best-in-class” (sinfinin ən yaxşısı) nəticələrini nümayiş etdirib.
2012-ci ildə 36 yeni avtomobil bir sıra kateqoriyalar üzrə qiymətləndirilib. “Böyüklərin təhlükəsizliyi” kateqoriyasında Yeni Nəsil Santa Fe 96% bal toplayaraq, yan zərbələrdən etibarlı qoruduğunu nümayiş etdirib.
“Uşaqların təhlükəsizliyi” kateqoriyasında avtomobil 89 % bal toplayaraq, 3 yaşınadək uşaqlar üçün seqmentində ən təhlükəsiz olduğunu göstərib.
Stabilliyə elektron nəzarət xüsusiyyəti Yeni Nəsil Santa Fe-yə aktiv təhlükəsisliyi təmin edən “təhlükəsizliyə yardım” kateqoriyasında 86% bal qazandırıb.
Avtomobil daha bir sınaqdan – “piyadaların təhlükəsizliyi”ndən də uğurla çıxaraq, 71% bal yığıb. Yeni Nəsil Santa Fe brendin aktiv kapotla təchiz olunmuş ilk modelidir. Bamperin konstruksiyası piyadalara dəyən zərbəni və zədələrin təhlükəlililk dərəcəsini azaldır. Qeyd etmək yerinə düşər ki, bu sinifdə, bundan aşağı balı 63%-lə Range Rover toplayıb.
Yeni Nəsil Santa Fe Hyundai-ın Euro NCAP-da 5 ulduz qazanmış 7-ci modelidir. Bundan əvvəl Yeni i20, ix20, ix35, i40, Veloster və Yeni Nəsil i30 dalbadal yüksək reytinqləri qazanıb.