Azərbaycanın ən geniş yayılmış kredit kartı olan Bolkart-ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin toplam sayı bu günlərdə 500-ü aşıb. Bununla əlaqədar “Bank of Baku” xüsusi “Sevdiyin brendlər Bolkartla” promo aksiyasına start verir. Aksiya çərçivəsində eyni zamanda Bolkart-ın daha geniş təbəqəyə yayılması nəzərdə tutulub. Beləliklə dəyişdirilmiş şərtlərə görə artıq arayışsız Bolkart-ı təkcə ticarət mərkəzlərindəki xüsusi stendlərdən yox, “Bank of Baku”-nun bütün filiallarından əldə etmək mümkün olacaq.


Eyni zamanda qeyd etmək lazımdır ki, regional inkişaf layihəsi çərçivəsində təkcə Bakıda yox, bölgələrdə də nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Bolkart-ın keçərli olduğu mağazalar sırasına Sumqayıt, Lənkəran və Gəncədə yerləşən mağazalar da əlavə edilib.


Beləliklə, indi Bolkart-la ölkəmizin 500-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq olar.


Bu günlərdə isə Bolkart əldə edən şəxslərin sayı 55.000-ə yaxınlaşıb. Bolkart-ın maksimal balansı isə 3.000 manatdan 5.000 manata qədər artırılıb. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.


Bolkart-ın üstünlükləri ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.