Kosmetika sektorunda nə az, nə çox - 30 illik təcrübəyə malik olan Golden Rose kosmetikası Azərbaycanda özünə möhkəm yer tutaraq yeni bir layihəyə imza atıb və bu layihədə xalq artisti, meqastar Aygün Kazımova növbəti dəfə "Golden Rose" şirkətinin siması seçilib. Golden Rose Kosmetika müğənnilə 1 (bir) illik müqavilə imzalayıb. Bu bir il müddətində silsilə PR kampaniyaların və sosial layihələrin keçirilməsi, klip çəkilişi nəzərdə tutulur.
Artıq ilk reklam çarxı peşəkar heyət tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbəri və kreativ direktoru Aqil. M. Quliyev, prodüseri Ülvi Qasımov, modelyeri Leyla Əhmədova, fotoqrafı isə Orxan Aslanovdur. Make Up - Şeron Stoun kimi dünya ulduzlarıyla çalışan Ahmet Yıldırıma məxsusdur və vizajist məhz bu layihə üçün Bakıya dəvət olunub. Əsasən rus şou-biznesinin ulduzlarıyla çalışan operator Aleksey Stepanov isə məhz Golden Rose-un bu ilin ilk reklam çarxının çəkilişi üçün Ukraynadan paytaxtımıza gəlib.