3 il әvvәl yaradılan bu krossover tәkcə Avropada 438000 әdәd satılıb. Model artıq Peugeot-nun fәxrinә vә ilham mәnbәyinә çevrilib. Hətta onun әsasında başqa modellәr Peugeot 3008 HYbrid4 vә Peugeot 3008 NAPAPIJRI dә buraxılıb. Bunlardan əgәr birincisi ilk tam hibrid dizel krossoveri olub, buraxdığı karbon qazını 91q/km azaldaraq, çevrə dostu sayılırsa, digәri idman geyim brendinin dizaynı ilә aktiv hәyat tәrzi keçirәnlәr üçün ofroder sayılır
Peugeot 3008-in sükanı arxasında adam özünü pilot kabinәsindәki kimi hiss edir: yüksәk texnoloji vә erqonomik mühit sürücüyə rahatlıq, tәhlükәsizlik vә dәbdәbə havası verir.
Avtomobil onu yaradanların qarşısına qoyduğu tapşırığa mәmnuniyyәtlә riayәt edir – heç bir krossoverin göstәrmәdiyi yüksәk ekoloji sәmәrәlilik göstәricisinә malikdir. 3008-in arxitekturası, dizaynı və ölçülәri aerodinamik müqavimәt әmsalını 0.296-ya çatdırır. Hava daxil olmasının bu göstәricisi maşının ölçülәri ilә nisbәtdә yanacaq sәrfiyyatını vә müvafiq olaraq, karbon qazı tullantılarını azaldır.
Krossover bütün sәviyyәlәrdә optimal tәhlükәsizlik tәqdim edir: aktiv tәhlükәsizliyi avtomobilin idarәedilmә keyfiyyәti tәmin edirsә, passiv
tәhlükәsizlik optimallaşdırılmış gövdә konstruksiyasına әsaslanır. Ön hissədə üçpillәli zәrbәudan konstruksiya, Boge Wagon amortizatoru,
effektli sәrnişin qoruyan texnologiya (6 әdәd hava yastığı) üçüncü sәviyyәli tәhlükәsizliyә zәmanәt verir.
Bakıdakı avtosalonda Peugeot 3008-in qiymәti 21900 manatdan başlayır. Avtomobilə 2 illik pulsuz servis xidmәti ilә tәqdim olunur.
Qeyd edәk ki, Peugeot brendini Azәrbaycanda ötәn ildәn başlayaraq Auto Azәrbaycan şirkәti tәmsil edir. Avtomobil bazarındakı 17 illik tәcrübәsi ilә Auto Azәrbaycan tәqdim etdiyi avtomobillәrә etibarlı zәmanәt, yüksәk servis vә ehtiyat hissәlәrinә sәrfәli qiymәtlәr tәklif edir. Hyundai, Chrysler Group kimi avtomobil nәhәnglәrinin tәmsilçiliyi dә Azәrbaycanda bu şirkәtdәdir.