Yeni və ən yaddaqalan hitlərin yayımı ilə on minlərlə dinləyicinin zövqünü oxşayan “Azad Azərbaycan” (106 FM) radiosu yeni loqosunun, saytının və video çarxının təqdimatını keçirib.


 


2 fevral Gənclər gününündə “BarBerry”də keçirilmiş təqdimat mərasimində məlum olub ki, radionun yeni loqosunu “Musiqinin bütün rəngləri” sloqanı müşayət edəcək.


 


Həmçinin radionun efiri yeni aparıcıların təqdimatında olacaqdır.


 


Qeyd edək ki, 106 FM radiosu öz fəaliyyətinə 1999-cu ilin 5 mart tarixindən start verib.


 


 


106 FM radiosunun yeni və köhnə loqosu