Rəssam Vuqar Əlinin "Qara narlar" əl işi dünyaca tanınmış marka "Hermes"-in örpəklərinin dizaynı seçildi.
SOCAR-ın sifarişi ilə Hermes markasının örpəkləri Vuqar Əlinin "Qara narlar" dizaynı ilə buraxılmışdır.
"Mənim yaradıcılığımda nar mövzusu xüsusi yeri tutur. Örpəklərin üzərində narlar müxtəlif formalarla nümayiş olunub. Mən dəfələrlə innovasiyalar bölməsini idarə edən və təşkilatçılığıyla məşğul olan Əminə Məlikova tərəfindən keçirilən Azərbaycan dövlət muzeyiylə “Socar”-ın birgə keçirdiyi sərgilərdə iştirak etmişəm. Belə layihələrdə iştirakıma və dəstəyinə görə ona minnətdarlığımı bildirmək istəyirəm".
Rəssam Vuqar Əli bildirdi ki, “Hermes örpəklərində "Qara narlar" çapının ideyası SOCAR-a məxsusdur və şirkət mənim “əl işimi” dəyərləndirərək seçdi. Sevindirici haldır ki,"Qara narlar" layihəsi məhz mənim rəsmlərimlə həyata keçirilmişdir. Örpəklər - hədiyyəlikdirlər və onlar ölkəmizin qonaqlarına və xaricdə təqdim ediləcək".