Ölkənin tanınmış banklarından olan “Access Bank” QSC-nin KSM layihəsi çərçivəsində “Karyera məktəbi” layihəsi həyata keçirilmişdir. Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Qarant Sığorta” da, bu gözəl inisiativə biganə qalmamışdır. “Qarant Sığorta” da bu layihəyə qoşulmuş və gəclərə dəstək olmuşdur. “Access Bank” QSC-nin “Natavan” filialının gənclər üçün təşkil etdiyi “Karyera məktəbi” layihəsində ölkənin tanınmış ekspertləri iştirak etmişdir. Bu layihədə xüsusən  “Access Bank” QSC-nin “Natavan” filialının Müştəri Xidmətləri şöbəsinin müdiri Leyla Mirhəşimlinin xüsusi rolu olmuşdur. Həmçinin, ekspertlər arasında Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, Sosial və Psixoloji araşdırmalar Mərkəzinin rəhbəri Əhəd Kazımov və digərləri olmuşdur. Layihə çərçivəsində şirkətlərin müxtəlif departamentlərinin rəhbərləri gənclərə treyninq və seminarlar keçiblər. “Access Bank”-ın «Natavan» filialının əməkdaşları "Karyeranın planlaşdırılması və inkişafı", "CV-nin düzgün tərtib edilməsi", "İşə qəbul üçün müsahibədə uğurlu təqdimatın əsasları", "İş axtarışı" və başqa mövzuları əhatə edən mühazirələr oxuyub. “Qarant Sığorta ”-nın İnsan Resursları Departamentinin müdiri Ayan Bünyatzadə “Motivassiya prinsipləri”, Anderraytinq şöbəsinin müdiri Murad Namazov “Sığorta işinin təşkili” mövzusunda seminar keçmişdirlər. Zərərlərin Tənzimlənməsi Departamentinin müdir müavini Camal Həsənzadə isə “Uğurlu karyeranın əsasları” mövzusunda seminar keçmişdir.  


 


Treyninqlərdə həmçinin tanınmış ekspertlər, Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, Sosial və Psixoloji araşdırmalar Mərkəzinin rəhbəri Əhəd Kazımov tərəfindən mühazirələr oxunub.


 


İndiki zamanda karyera hər bir gəncin həyatında önəmli rol oynayır. Belə məqamlarda biliyin olması mütləqdir. Buna görə «Access Bank» QSC-ə və “Qarant Sığorta” ASC-ə şirkətinə eyni zamanda bizlərə dəstək olan hər bir kəsə və xüsusən də, Leyla Mirhəşimliyə minnətdaram” – deyə seminar iştirakçısı bildirib.


 


Qeyd edək ki, treyninqlərin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub və iştirak edən 3 ən fəal gəncə "Qarant Sığorta" şirkətində 1 aylıq iş təcrübəsi keçməyə dəvət edilmişdirlər.