2013-cü ilin fevral ayına qədər “Facebook” sosial şəbəkəsində 996 140 nəfər azərbaycanlı qeydiyyatdan keçib. Web analitika platforması “SocialBakers” məlumatlarına görə təkcə yanvar ayı ərzində adı çəkilən populyar resursun istifadəçilərinin sayı 67,5 min nəfər artıb. Güman etmək olar ki, fevralda “Facebook”-da ümumilikdə 1 milyondan artıq Azərbaycan istifadəçisi olacaq.
Yerli şirkətlərin səhifələrindəki “bəyənmələrin” sayına görə demək olar ki, cari ilin yanvar ayında Azərbaycan istifadəçiləri arasında ən populyar brendlər “Azercell”, “Bakcell”, “IDEAL perfumery&cosmetics”, “İrşad Telecom” və “Romantic” olub. Adı çəkilən şirkətlərin internet saytları “Facebook”-dakı pərəstişkarlarının sayına görə TOP-10-luğa daxildir.
Azərbaycanda ən populyar brend səhifələri (min)
Bu reytinq cədvəli azərbaycanlıların telekommunikasiya sahəsinə canlı marağından xəbər verir. Qeyd etmək lazımdır ki, bu sahə ilə istifadəçilər arasında münasibət qarşılıqlıdır, lakin bu barədə bir qədər sonra söhbət açacağıq. Gözəllik və moda sənayesi, habelə alış-veriş də Azərbaycan sakinlərinin diqqətindən kənarda qalmayıb. TOP-10-luğa 77394 Şərq pərəstişkarının qəlbini fəth etmiş “Mango” beynəlxalq brendi də daxildir.
Yanvar ayında “Romantic” və “Bakcell” kimi brendlərin səhifələri daha tez populyarlıq qazanıb. Onlar yaxın rəqibləri ilə müqayisədə əvvəldən xeyli irəliyə sıçramışdılar. Hiss olunur ki, irəliləyiş üçün vəsait yatırılması öz bəhrəsini verir. Əgər “Bakcell” üçün liderlik mövqeyi yeni bir şey deyilsə, pərəstişkarlarının sayı yanvarın ortalarından kəskin artmış “Romantic” brendinin bu “yüksəlişi” üçün son vaxtlar marketinq büdcəsi xeyli artırılıb.
Azərbaycanda populyarlığı ən sürətlə artan brendlər (min)
Aşağıdakı brendlər isə, öz pərəstişkarlarının sorğularına daha tez cavab verirlər
Bu göstəricilər şirkətlərin istifadəçilərlə qarşılıqlı əlaqədə olmasından xəbər verir. Şirkətlər sorğulardan çəkinmir və bu yaxşı haldır. Belə ki, sosial şəbəkələr “canlı mühit” yaradır. Əgər hər hansı şirkətdən cavabı sutkadan artıq gözləmək lazım gəlirsə, həmin brendə sosial şəbəkədə səhifənin nəyə lazım olduğu ümumiyyətlə aydın deyil. Bu məsələdə daha çox maraqlı olduqlarını telekommunikasiya şirkətləri, gözəllik, moda və alış-veriş sahəsinin nümayəndələri, yəni TOP-10-luqda təmsil olunmuş sahələrin nümayəndələri nümayiş etdiriblər. Bu qanunauyğun bir haldır: pərəstişkarlarla nə qədər çox ünsiyyətdə olursansa, populyarlıq bir o qədər artır.
Təəssüf ki, bu reytinq cədvəli 2012-ci ilin dekabr ayı üçün rəqəmləri əks etdirir. Cari ilin yanvar ayı üçün rəqəmlər isə fevralın ortalarında təqdim olunacaq və biz bu məlumatları martda təhlil edə biləcəyik. Lakin düşünürük ki, vəziyyət bir o qədər də dəyişməyəcək.