Bakıda Almaniyanın məhşur mətbəx mebeli brendlərini birləşdirən German Studio şirkətinin ilk satış mərkəzi açılmışdır. Burada Almaniyada təlim keçmiş dizaynerlər tərəfindən hər bir mətbəx özəl olaraq layihələndirilir və mebellər Azərbaycana təhciz edilir.


 


Mebel atelyesi konsepsiyası ilə fəaliyyət göstərən German Studio Bakıda Almaniyanın eksklüziv mebellərini təklfi edən ilk və yeganə şirkətdir. Şirkətin rəsmi internet səhfəsi olan www.germanstudio.az saytında təklif edilən əsas brendlər və üstün cəhətləri barədə ətraflı məlumatlar verilmişdir.



 


Şirkətin alman rəsmisi Yens Uhenin sözlərinə görə German Studio əsl alman keyfiyyəti ilə yanaşı, əfsanəvi alman xidmətini Azərbaycanda təklif etməyi qarşısına məqsəd qoymuşdur. Belə ki, xüsusi dizayn proqramı əsasında mətbəxin 3D formatında tam vizuallığı işlənilir, mətbəx mebelinə uyğun ev texnikası təklif edilir. İnnovativ mexanizmli mebellər mətbəxdə qadınların maksimum rahat olmasını təmin edir. Mebellərin ölçüləri istifadə edilən aksessuarlar və xammal insan erqonomikasına uyğunlaşdırılmışdır. German Studio təklif edilən mətbəx mebelləri xammal olaraq Avropada sağlamlıq normalarına uyğun olan ağac, şpon, şponlaşdırılmış lövhələr, foto effektli laklı lövhələrdən və s. istifadə edilir.



 


Satış nöqtəsində mətbəxlərlə paralel məişət texnikası, masalar, oturacaqlar və Almaniyanın ən böyük yemek yərləri istehsalçılarının mebelləri təklif edilir.



 


German Studio məhsulları Nəsimi rayonu, Cəlil Məmməquluzadə küçəsi 108 (keçmiş Papanin küçəsi) yerləşən satış nöqtəsində təklif edilir. Həmçinin şirkətin təklif etdiyi məhsullarla www.germanstudio.az internet ünvanında tanış olmaq olar.


 


Xatırladırıq ki, mart ayının sonuna qədər mətbəxin dizayn edilməsi tamamiylə ödənişsiz həyata keçirilir. Burada mətbəxin bütün elemetlərinin vizual 3D formada əldə etmək mümkündür.