Azərbaycanın premium səviyyəli, ən böyük kinoteatrı “28 cinema” və MasterCard şirkəti Sevgililər Günü münasibətilə kampaniyaya start verir. Belə ki, 4-14 ferval tarixləri arasında 28 Mall Ticarət Mərkəzində yerləşən mağazalar və iaşə obyektlərindən MasterCard® və Maestro® kartları ilə ən azı 30 AZN məbləğində alış-veriş etmiş hər kəsə “28 cinema” kinoteatrına iki ədəd bilet hədiyyə veriləcək.
Qeyd edək ki, kampaniya çərçivəsində əldə olunmuş biletlər 28 fevral tarixinədək etibarlıdır. Kampaniyada iştirak edən obyektlərin siyahısı: 28 Cinema, Blackberry cafe&bar, Cappuccino coffee house , Music Gallery, GAP, Zara, Stradivarius, Charlez& Keith, Christian Breton, Etam, Evita Peroni, Inglot, La Senza, La vie en Rose, New Look, Pull & Bear, Spring, Ali&Nino, Vitrage, Bef, Aldo, Oysho, Swarovski, Kids Story, Sergent Major, Zippi, Greenwich və Kira Plastinina.
“28 cinema” oturacaq yerlərinə görə ölkədə ən böyük kinoteatrdır və Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.