“Bank of Baku” sadiq müştərilərinin təmsil olunduğu “Dostlar Klubu”-nun üzvləri üçün istehlak kreditlərinə endirim kampaniyası elan edir. Beləliklə, “Dostlar Klubu” üzvləri 12 fevral-12 mart tarixləri arasında komissiya haqqından bonusunun 2 misli qədər endirimdən yararlana bilər. Misal üçün, kartında 15 manatlıq bonusu olan kart sahibi alacağı kreditin komissiya haqqından 15x2 = 30 manatlıq endirim əldə edəcək. Endirim kampaniyasından “Dostlar Klubu”-nun hər üç kart növünün daşıyıcıları - Gümüş, Qızıl və Brilyant kart sahibləri - faydalana bilər. Qeyd edək ki, bu kampaniyadan öncə “Dostlar Klubu”-nun üzvləri komissiya haqqından toplanmş bonusun 1 misli həcmində endirim əldə edirdi.
Xatırladaq ki,“Bank of Baku” “Dostlar klubu” layihəsi çərçivəsində özünün uzun müddətli müştərilərinə imtiyazlı kartlar verir. “Bank of Baku” ilə 12 ay və daha çox müddət ərzində əməkdaşlıq edən müştərilərə verilən Gümüş, Qızıl və Brilyant kartlar sayəsində onlar daha az komissiya haqqı ödəmək, sərfəli faizlə 5000 manata qədər kredit götürmək imkanına, habelə təcili hallar üçün ekspress kredit xəttinə malik olurlar. Ötən il təsis edilmiş “Dostlar klubu”-na ötən qısa müddət ərzində 70.000-ə yaxın müştəri qoşulub və hazırda onlar bu güzəştlərdən bəhrələnməkdədirlər.
“Bank of Baku”-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/Dostlarklubu ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.