Guerilla (partizan) marketinqinin əsas məqsədi ən aşağı maliyyə xərciylə ən yüksək xeyiri çıxartmaqdır. Ənənəvi marketinq anlayışında marketinq üçün sərmayə qoymaq lazımdır. Guerillamarketinqində isə əhəmiyyətli olan pul deyil,xəyal gücüdür. İstehlakçılarladaha doğrusu gələcək istehlakçılarla gözləmədikləri bir anda və gözləmədikləri bir şəkildə qarşılaşmaq və yaddşlarda qalmaq bu işin əsasını təşkil edir.
Jay Conrad Levinson, Partizan Marketinqi "büdcəsi kiçik, xəyalları böyük sahibkarlar üçün” belə izah edir.
Ilk olaraq "Guerilla" sözü təxmin edildiyinə görə müharibədə yaranıb. Mənşə olaraq İspancadan gəlmədir. İspanların fransız Napolyana qarşı 1807 - 1814 illər arasında davam etdirdiyi müqavimət zamanı ilk dəfə bu anlayışdan istifadəolunub. Hərbi şəbəkə, şəbəkə mübarizəsi mənasını verən "Guerilla"-nın zəiflərin silahı olduğunu söyləyə bilərik. Taktika olaraq da düşmənə "əsgər" olaraq görünmədən düşməni püskürtmək, məhv etmək üçün istifadə edilib. Guerilla ya da gerilla taktikası ilk olaraq, azadlıq döyüşçüsü Ernesto Che Guevara tərəfindən Avropaya tanıdılmışdır.
"Guerilla taktikası" ilk olaraq 1960-cı illər ərzində Amerikada "Marketinq və Reklam" sahəsində istifadə olunub. Bu illər ərzində yaradılan Vyetnam zəbti və oradakı xalqın partizan taktikasını müvəffəqiyyətlə istifadə etməsi marketinq sektoruna təsir etmişdir."Guearilla Marketing"-in məqsədi öz mallarına, xidmətlərinə, təkliflərinə olan marağı ən yüksək həddə çıxararkən bu məşğuliyyət üçün istifadə olunan xərcləri ən aşagı miqdara endirməkdir.Guerilla marketinq eynilə bir partizan döyüşçüsü kimi diqqəti digər bir tərəfə çəkməyə çalışır. Kiçik bir büdcəylə meydana gələn partizan marketinq də şirkətlər marketinq strategiyalarını yaratmaq üçün mütləq qiymət siyasətinə diqqət etmək məcburiyyətindədirlər. Təqdim etdikləri məhsullar, təkliflər çaşdırıcı və aqressiv olmalıdır, hər cür sektorda istifadə edilə bilinməlidir.
Guerilla marketinq əvvəllər ancaq kiçik firmaların böyük firmalarla daha yaxşı mübarizə edə bilməsi üçün istifadə edilmişdir. Buna görə gerilla marketinq fikirinin qabaqcıllarından olan Jay Conrad Levinson bu yanaşmanı bir "köhnəltmə" hücumu olaraq tərif edib.
Guerilla marketinq tətbiqlərinin digər bir əhəmiyyətli tərəfi isə mesajın olan adama ən təsirli bir şəkildə yayılmasıdır. Bu səbəbdəndə hal-hazırda 1 milyard istifadəçiyə çatan internet qiymətsiz bir tətbiq sahəsidir hesab olunur. Guerilla marketinq internet blokları, online maqazin-qəzet-jurnalları, çat və forum səhifələri vasitəsi ilə təsirli bir şəkildə çatdırılmaq istənilən mesajı asanlıqla çatdırır.
1. Kanadada bir qəhvə firması şəffaf stəkan kimi görünən bir stəkan çıxarır. Görənlər bu qadının nə içdiyinə maraq edir hərhalda. Çox az xərc ilə maraqlı bir iş təqdim ediblər.İnsanlar karton olmasına baxmayaraq bu stəkanı atmaq belə istəmirlər. Ya da təmiz bir stəkan ədədini dostlarına göstərmək üçün istəyirlər.
2. Avtomobil firmasından möhtəşəm bir iş! Çıxardıqları avtomobilin ətrafında gözlər var. Bir avtomobilin cazibədarlığı daha necə nümayiş oluna bilər?
Bir qəhvə firması “Hey, City that never sleeps. Wake up” şüarı ilə bilbordunu yerə,duman buraxan kanalizasiya qapaqlarının üstünə yapışdırılır. Beləcə qəhvənin tüstüsü da tamamlanır.Yaradıcılıqda sərhəd olmadığını izah edən ən yaxşı nümunələrdən biridir. Belə bir görünüşün cazibədarlığına çox az bir xərc ilə qapılmamaq qeyri- mümkündür. Sizcə on minlərlə yüz minlərlə insana birbaşa marka mesajı verməyin xərci nə qədər ola bilər?
Guerilla(Partizan) marketinq düşünənlərə təkliflər:
Səbr
Çünki bir şeyi satmaq üçün çox böyük səbr lazımdır. Kiçik problemlərdən bezməmək, səbirli olmaq lazımdır.
Xəyal gücü
Həqiqətlərlə üzləşəbilmək qabiliyyəti, gələcəkdə nə olacağını da öncədən bilmək lazımdır.
Həssaslıq
Partizan alverçiləri şəhərlərdə, ölkələrdə gündəmdə nələr olur, bu anda vəziyyət nəcədir həmişə izləyərlər.
Sağlam bir şəxsiyyət
Eqonuz və şəxsiyyətiniz çox güclü olmalıdır. Sizin ətrafınızdakı insanlar, yoldaşlarınız dostunuz sizin pazarlamanızdan bezərlər və sizə "bunu dəyişdir artıq, bundan sıxıldıq" deyərlər. Bu çox pis bir mesajdır və bunun qarşısında dayanacaq qədər güclü bir şəxsiyyətiniz olmalıdır.
Dəyişməyə hazır olmaq
Partizanlar dəyişikliklərdən qorxmaz və dəyişikliyi çox sevər. "Bunu mən qucaqlamasam rəqiblərim qucaqlayar" deyə düşünər və dəyişikliyi əvvəl o reallaşdırar.
Cömərdlik
Partizan hər zaman müştərimizə nəyi verə bilərəm, nəyi fəda edə bilərəm deyə düşünər. Müştərilərinizlə paylaşın, onları müvəffəqiyyətli etsəniz və ya gözləntilərini qarşılasanız siz də müvəffəqiyyətli olarsınız.
Enerjili olmaq
Gerilla marketinqi çətindir və həmişə eyni şəkildə işləməyi tələb edir. Bu səbəblə hər zaman enerjili və çalışqan olmaq məcburiyyətindəsiniz.
Maraq və öyrənmə istəyi
Partizan hər şey ilə maraqlanır, öyrənir. Çünki ətrafımızda öyrənəcək çox şey var. Qağayılar kimi yüksəklərdə uçmalı, dənizdəki balıqları görmək üçün yaxşıca alçalıb sonra təkrar yüksəlməlisiniz. Beləcə yeni inkişafları davamlı izləyə bilərsiniz.
Fokuslanma
Partizanlar məqsədlərini, hədəflərinə boş yanaşmazlar. İşə fokuslanar, işlərini mükəmməl vəziyyətə gətirməyə çalışarlar.
Çox istiqamətli beyin
Bəzi insanların beyni tək istiqamətlidir. Hər yerdə xərclərlər, oxuyarlar, seyr edərlər, gəzərlər və s., lakin bu sadəcə beyinlərində qalar. Bəzilərinin beyni isə çox istiqamətlidir. Məlumatı alarlar bunu hərəkətə, tətbiqə çevirərlər. Əsil partizan məhz bu qabiliyyətə malik olandır.