"Sevgililər günü" münasibəti ilə Unibank-da yeni kampaniya başladı. Bu kampaniya çərçivəsində hər bir ALBALI kart sahibi fevralın 13-14-də Bankın partnyoru olan 500-dən artıq mağazadan güzəştli alış-veriş edərək, aldığı malın və ya göstərilən xidmətin dəyərini 2 aydan sonra ödəmək imkanı qazanacaq, həm də faizsiz və hissə-hissə. 13-14 fevral aksiyası ATM nağdlaşdırmaları və onlayn kommunal ödənişlərinə şamil edilmir. 


 


Onu da qeyd edək ki, ALBALI kart sahiblərini 13-14 fevral tarixlərində Unibankın partnyor-mağazaları olan Loccitane (10%), Gülüm(10%), Bateel(15%), İtalsilver(20%) və Greenwich (20%)  dükanlarında endirim kampaniyaları gözləyir.


 


Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtın 500-dən artıq mağazasında  məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibankın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə aparmaq mümkündür.


 


Müştərilər ALBALI kartı  Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən,  illik faiz dərəcəsi 0%  olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini  http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.


 


“Albalı” kartı ilə baglı bütün məlumatları  www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.