Son zamanlar ənənəvi ticarət sarsılmağa başladı və onunla yanaşı güclü şəkildə yeni və müasir marketinq üsulu getdikcə böyüməkdədir. Bu üsul, Multi-Level-Marketing (MLM - Çox Mərtəbəli Marketinq), ya da digər adıyla Network Marketing adlanır.



Ənənəvi ticarət ilə network marketinq arasındakı fərq nədir? Ənənəvi ticarətdə məhsul, müştəriyə mağazalar yolu ilə çatır. Məhsul, istehsalçıdan topdan, ordan da pərakəndə satış və daha sonra da istehlakçıya çatana qədər hər bir vasitəsiçinin əlavəsi səbəbindən qiymət də yüksəlir. Bundan başqa istehlakçıya məhsulun özlərinə uyğun olduğunu izah edə bilmək üçün bahalı reklamlardan istifadə eləmək lazım gəlir, bu da yenə məhsulun qiymətinə təsirini göstərir.



Ənənəvi ticarətdən fərqli olaraq network marketinq anlayışında insanların böyük bir məmnuniyyətlə istifadə etdikləri məhsullar barədə müsbət fikirləri ətrafındakı digər insanlarla da paylaşmaq və məhsulu onlara tövsiyə etmək var. Bu yeni üsul sayəsində istehsalçı ilə istehlakçı arasındakı yol qısalır və reklam xərcləri minimuma endirilir. Bunun sayəsində istehsalçılar, məhsullarını inkişaf etdirmək üçün daha çox büdcəyə sahib olur. MLM və ya network marketinq istehlak mallarının, ya da xidmətlərinin yeni bir marketinq üsuludur. MLM şirkətləri məhsullarını və ya xidmətlərini şəbəkələrinə üzv olan istehlakçılar vasitəsilə təqdim edir. İstehlakçılar eyni zamanda məhsulu, ya da MLM cəhd fürsətini tanışlarına tövsiyə edərək özləri üçün gəlir əldə edirlər.



Ənənəvi ticarətlə network marketinq arasındakı fərq satın almaq üçün mağazalara getmək əvəzinə öz təcrübələrinə görə məhsulu tövsiyə edən yoldaşınızı axtarmaqdır.



Network marketinqin üstünlükləri:


- Xüsusi qabiliyyət tələb etməyən


- Çox kiçik bir sərmayə ilə işə başlamaq fürsəti


- Hər kəsin edə biləcəyi


- Elastik iş saatları


- Risqi yox


- Özünüzün müdiri olma fürsəti


- Əlavə iş və ya tam zamanlı olaraq iş şərtləri


- Daha çox pul qazanmaq ehtimalı


- Giriş və ya üzvlük haqqı yox



Network marketinq sıradan bir insana böyük pullar qazanmaq fürsəti verir. Əlbəttə əzmlə, israrla, diqqətli və stabil çalışmaq lazımdır. Network marketinq heç bir zaman əmək xərcləmədən qazanc vəd etməz. Sizə vəd etdiyi budur ki: "Eyni miqdarda pul və əmək xərclədiyiniz digər işlərlə müqayisədə daha təsir edici nəticələr əldə etməyinizi təmin edər."