Azərbaycanın ilk mobil operatoru Bakcell “Doğma Cin” tarif planını regionlarda geniş əhali kütləsinə tanıtmaq üçün yeni reklam kampaniyasına start verib. Bu dəfə də şirkətin sosial şəbəkələrdəki rəsmi kanallarında daha bir neçə video çarxı yayımlanıb. Bu çarx "Bakcell"in yeniliklərilə bağlı olaraq tizer xarakteri daşıyır.
 


Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, bu kampaniya çərçivəsində Bakcell-in yeni siması tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə respublikanın müxtəlif bölgələrində çəkiliş aparılıb. Hazırda Bakcell-in 2,6 milyon aktiv abonentindən 0,5 milyonu “Doğma Cin” tarif planından istifadə edir. 

Reklam çarxından da göründüyü kimi, Bakcell həməşə olduğu kimi rəqib şirkətə atmaca atıb, başqa sözlə desək incə şəkildə Azercell "ilişib". "Nə şeytan qarışsın işimə, nədə mələk", "bunu sizə mən deyirəm - Dilarə, baxın mən realam. Nə göyün yeddinci qatından, nədə ki yerin altından düz Bakidan gəlirəm". Bundan əvvəlki "#Opurem" adlı video çarxda da Bakcell rəqibi Azercell atmaca atdığı müşahidə olunmuşdu.

“Doğma Cin” tarifində şəbəkədaxili danışıq dəqiqəsi 2 qəpik, ölkədaxili danışıq dəqiqəsi isə 4 qəpik təşkil edir.

Həmin video çarxları diqqətinizə çatdırırıq: