DəmirBank pul köçürmə sistemləri ilə xaricdən pul alan müştərilərə nağd pul krediti təklif edir. Zaminsiz və girovsuz təqdim edilən nağd pul kreditinin minimal məbləği 300, maksimal məbləği isə 2000 AZN təşkil edir. 


 


Şərtlərə əsasən, son 12 ayda minimum 6 dəfə pul köçürmə sistemləri ilə xaricdən pul alan müştərilər bunu təsdiqləyən qəbzləri Banka təqdim etməlidirlər. Kredit 3 aydan 12 ayadək DəmirBank-ın istənilən filialında rəsmiləşdirilir.


 


Digər banklarda pul köçürmə sistemi ilə xaricdən pul alan müştərilər də kredit ala bilər, lakin pul köçürməsini DəmirBank-da alan müştərilərə kredit daha aşağı faiz dərəcəsi ilə verilir.


 


DəmirBank-da 200-dək ölkə üzrə Western Union, Zolotaya Korona, Contact, Coinstar, Blizko, PrivatMoney, UPT, Migom, Allure Lider sistemləri ilə beynəlxalq pul köçürmələrini almaq və göndərmək olar. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.


 


DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur. 


 


Daha ətraflı məlumat üçün www.demirbank.az saytına, www.facebook.com/demirbank.azwww.twitter.com/DemirBank səhifələrinə daxil olmaq, Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.