Facebook sosial şəbəkəsi artıq həyatımızın bir hissəsinə çevrilib və sosial şəbəkələrdən biznes inkşafı üçün istifadə etmək adi hal alıb. Bu sahədə ən aktiv yerli şirkətlərdən biri də “İdeal” şirkətidir. Belə ki, şirkətin facebook sosial şəbəkəsində artıq 187 mindən artıq izləyicisi (fan) var və bu rəqəm artmaqda davam edir. Bu gündən etibarən isə “İdeal” şirkətinin facebook səhifəsi artıq yeniləndi. Webtec Azərbaycan və Newmedia şirkətlərinin birgə işi sayəsində, artıq “İdeal” şirkətinin peşəkar səviyyəsində hazırlanmış fan səhifəsi var. Belə ki, artıq İdeal facebook səhifəsini tərk etmədən Siz aksiyalar, yeniliklər, qaydalar (kartlar), mağazalar, əlaqələr, jurnallar və hatta vakansiyalar ilə tanış ola bilərsiniz. Vakansiyalar bölümünə xüsusi fikir verilib. Bu səhifədə 3 online funksiya aktivdir (ərizəçi anketi doldurmaq, hazır cv yükləmək və cv olmadığı təqdirdə hazır cv formasını endirmək). Digər bölümlər isə, əsasən informativ xarakter daşıyır və izləyiciləri şirkətdə olacaq bütün yenilikləri ilkin mənbədən almağa yardım edəcək. Bu iş Webtec Azərbaycan və Newmedia şirkətlərinin artıq birinci işi deyil, lakin facebook şəbəkəsində yaratdığı ən böyük işləridir. Azərbaycanda ilk dəfə də demək olar.
Xatırladaq ki, “İdeal”ın facebook səhifəsində Azərbaycanda ilk dəfə olaraq facebook səhifəsinin yuxarıda sadalanan bölmələri arasında web-banner reklamı yerləşdirilib. Burada həm İdeal-ın öz reklamları, həm də ödənişli əsaslarla digər şirkətlərin reklamları da yerləşdirilə bilər. Azərbaycanın TOP 3 biznes fan səhifəsindən biri kimi şirkətin facebook səhifəsinə aylıq ziyarət sayı milyonu ötür. Eyni zamanda yerləşdirilmiş bu bannerlərin görüntü sayı və dəqiq klik sayını da avtomatik rejimdə izləmək mümkündür.
Fan səhifə ilə bu link vasitəsi ilə tanış olmaq olar https://www.facebook.com/ideal.perfumery