Azərbaycanın «Atabank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 287,559 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,5% çoxdur.


Bankdan verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,5% artaraq 188,485 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 66,747 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 95,5% çoxdur.


 


Bankın depozit portfeli 2012-ci ildə 24,7% artaraq 243,481 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 159,254 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 56,3% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 6,5% artaraq 31,012 mln. manat, o cümlədən nizamnamə kapitalı 12% artaraq 27,986 mln. manat təşkil edib.


Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 23 271-ə bərabər olub ki, bu da illik müqayisədə 8,9% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 7,9% artaraq 21 950-yə, kredit kartların sayı 29,3% artaraq 1 321-ə çatıb.


 


“AtaBank” ASC-nin 22 filialı fəaliyyət göstərir. Onlardan 12-i  Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.


 


Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


 


Daha ətraflı məlumat üçün www.atabank.com  saytına, www.facebook.com/atabank  və https://twitter.com/AtaBank  səhifəsinə daxil olmaq olar.