Bir qədər öncə “Bank of Baku”-nun anons etdiyi “Facebook fan kredit” layihəsinin icrasına başlanıldı. Bundan belə, layihə çərçivəsində hər bir Facebook istifadəçisi müəyyən meyarlara uyğun gəldikdə “Facebook fan kredit”  ala bilər. Bu kredit növünü almaq niyyətində olan şəxsin azı 20 yaşı olmalı və Facebook-dan istifadə müddəti minimum 6 ay təşkil etməlidir. İstifadəçi  “Bank of Baku”-nun korporativ sosial şəbəkə saytını (www.facebook.com/bankofbaku) bəyənməlidir (like). Fan krediti almaq niyyətində olan istifadəçilər “Bank of Baku”-nun Facebook səhifəsində yerləşdirilmiş anketi doldurmaqla fan kredit üçün namizədliyini təsdiqləmiş olur.


 


Facebook fan kreditin əsas fərqli cəhətləri aşağıdakılardır:


 


-         Müştərilərin daha yüksək məbləğdə arayışsız nağd kredit və Bolkart əldə etmək imkanı


 


-         Kredit məbləğinin müəyyənləşdirilməsində maliyyə göstəriciləri ilə yanaşı, onun facebook səhifəsindəki məlumatlarının, şəbəkədəki aktivliyinin və dostlarının sayının meyar kimi çıxış etməsi


 


-        Müştərinin dostlarının ona kredit üzrə faiz dərəcəsində yüksək endirim əldə etməsində dəstək olması (“səs”-lərin saylarına görə kreditin illik faizində endirimlər nəzərdə tutulur).


 


Müraciət edənlərin sifarişləri müraciət müəllifi banka gəlmədən ilkin təhlil olunacaq və əvvəlcədən ona təyin olunmuş vaxtda banka yaxınlaşaraq tam növbəsiz kredit almaq imkanı əldə edəcək.


Hal hazırda “Bank of Baku”-nun əsas Facebook səhifəsinin 60.000-ə yaxın ziyarətçisi var.


 


Sosial şəbəkələrdə fəallığı ilə seçilən “Bank of Baku” bu yaxınlarda www.banker.az  və www.facemark.az  nəşrləri tərəfindən keçirilən sorğularda Facebook istifadəçiləri tərəfindən ən populyar bank elan edilmişdi.


 


“Facebook Fan kredit” layihəsi ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.