Hər zaman müştərilərinin xidmətində duran və daim onları yeni-yeni kampaniyaları ilə sevindirən Worldcard bu dəfə də ənənəsinə sadiq qaldı. Martın 1-dən start götürən və 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan kampaniyadan siz də yararlanın.
İndi al, 2 ay sonra ödə!
Kampaniyada World-ə üzv bütün ticarət obyektləri iştirak edir. Kampaniyanın əsas özəlliyi ondan ibarətdir ki, bundan öncəki kampanyalardan fərqli olaraq 1-10 mart tarixlərində sevdiyiniz və sizə əziz olan qadınlarınıza rahatlıqla hədiyyə alaraq onların bayramlarına bayram qata bilərsiniz.Worldcard Sizə çox sərfəli imkanlar yaradır. 1-10 mart tarixlərində World-ə üzv bütün ticarət obyektlərindən alış-veriş edib 2 ay sonra ödəməyə başlaya bilərsiniz. Məsələn, ananız üçün mətbəx kombaynı, sevgiliniz və ya həyat yoldaşınız üçün fransız ətri, gözəl gül dəstəsi, bacınız və yasizə əziz olan bir xanım üçün dəbli çanta aldığınız halda, ödəməyə 2 ay sonra başlayın. Artıq Worldcard istifadəçiləri borca-xərcə düşərək hədiyyə alarkən qənaəti düşünüb çox vaxt itirməyəcəklər. Beləliklə, bu şans sizə bayramı öncəki illərdəkilərdən fərqli olaraq əsl bayram kimi keçirməyə, qayğı və gərginlik yaşamadan gözəl əhval-ruhiyyə ilə qeyd etməyə imkan yaradacaq.
Əlavə balları necə qazanmalı?!
Yuxarıda sadalananlardan əlavə, 8-10 mart tarixlərində Worldcard istifadəçiləri rahatlıqla onlara əziz olan qadınlara özəl günü daha da özəl edə bilərlər. Bu imkanı sizə məhz Worldcardverir. Belə ki, Worldcard-a üzv restoranların birində romantik və ya ailəvi şam yeməyi edəcəyiniz halda, əlavə ballarqazanacaqsınız. 8 Mart Gününü Worldcard-ın əməkdaşlıq etdiyi 25-dən çox məşhur restoranlarda 25%-ə qədər bal qazanmış olacaqsınız. Bununla isə sizə digər kartlardan fərqli olaraq Worldcard-la xərcləndiyiniz məbləğin bir hissəsibal şəklində geri qayıdır.
Fast food-dan türk yeməklərinə, milli mətbəxdən əcnəbi yeməklərə kimi geniş qida sahəsini əhatə edən restoranları rahatlıqla ziyarət edə bilərsiniz. Worldcard sizin özəl gününüzü təkrarolunmaz və yaddaqalan edəcək.
Worldcard sərhədsiz və 1-cidir!
Sərhəd tanımayan Worldcard yalnız ölkəmizdə deyil, Türkiyə, Rusiya və Dubayda da müştərilərimizin rahat alış-veriş edib hissə-hissə ödəmə imkanı yaradır. Bundan başqa, Worldcard ilə dünyanın hər yerində Master Card loqosu olan istənilən ticarət obyektində rahat-rahat alış-veriş etmək mümkündür.
Sonda qeyd edək ki, Yapı Kredi Bank və Worldcard qısa zamanda – 3 ay ərzində 30.000-dən artıq (!) vətəndaşa xidmət etmək kimi ağır bir işin öhdəsindən layiqincə gəlir. Hazırda 850-dən artıq ticarət obyekti ilə çalışan Worldcard bu göstəriciyə görə Azərbaycanda birincidir.
Hər bir müştəri Yapı Kredi Bank üçün özəldir. Siz də Worldcard istifadəçisi olduqda özəl birinə çevrilirsiz. Worldcard adi və özəl günlərdə hər zaman sizinlədir!