Ölkəmizdə səhiyyə xidmətini yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yusif Vəzir Çəmənzəminli küçəsi 18 ünvanında City hospital xəstəxanasının  yeni binası istifadəyə verilmişdir. Xəstəxana özündə təcili yardım, reanimasiya, cərrahiyə bloku, 50 çarpayılıq stasionar,poliklinika, laboratoriya və diaqnostika şöbələrini cəmləşdirən 7 qatlı binadan ibarətdir.  City Hospital xəstəxanası ən müasir avadanlıqlarla, o cümlədən Almaniya Simens şirkətinin istehsalı olan kompyuter tomoqrafiya və maqnit rezonans tomoqrafiya cihazları ilə təchiz edilmişdir. Xəstəxanada travmatologiya və ortopediya, ümumi cərrahiyə, urologiya, ginekologiya, plastik cərrahiyə, endokrinologiya və digər sahələrdə xidmət veriləcəkdir.


 


Laboratoriya xidmətini Almaniyanın  Limbak Lab şirkəti təqdim edir.  Xəstəxanada Azərbaycanın məşhur yüksək ixtisaslı mütəxəssisləri ilə yanaşı Almaniya, Türkiyə və İsraildən dəvət olunmuş cərrahların da əməliyyat keçirmələri planlaşdırılır.  Bir sözlə City Hospital  xəstəxanasında tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılmışdır.


 


1 mart 2013-cü il tarixdə saat 15:00-da  xəstəxananın açılışı keçirilmişdir. Açılışda Səhiyyəmizin bir çox tanınmış  simaları, mətbuat  nümayəndələri iştirak etmişdir.  Açılışda müəssisənin təsisçisi Tibb elmləri namizədi ortoped-travmatoloq Qorçiyev Bayram “Sağlamlığınız məqsədimizdir” devizi ilə sözə başlamışdır.O xəstəxananın müasir tələblərə uyğun olaraq əhalimizə yüksək səviyyəli səhiyyə xidməti göstərəcəyini bildirib. Daha sonra City Hospital xəstəxanasının direktoru Azərbaycan Respublikasının əməkdar elm xadimi,  tibb elmləri doktoru, professor Hadıyev Surxay çıxış etdi.