8 Mart Beynəlxalq qadınlar günü ərəfəsində nağdsız ödəmələri daha da təşviq etmək məqsədi ilə “Bank of Baku” Bolkart kredit kartı üzrə ödəmə müddətlərini iki dəfə artırır. Beləliklə, yalnız üç gün ərzində - 6, 7 və 8 mart tarixlərində Bolkart-ın keçərli olduğu mağazalarda 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə müddəti isə 12 aya kimi artırılır. Qeyd edilən üç gün ərzində müvafiq geyim, parfümeriya və aksessuar partnyorlarında Bolkart-lılar məhsulun dəyərini bərabər hissələrlə 6 və ya 12 aya ödəyə bilər. “12 aya ödə” partnyorlarında isə kampaniya ərzində ödəniş aylarının sayı 3 ay artırılır və 15 ay təyin edilir.


 
Bu gün Bolkart Azərbaycanın ən populyar kredit kartıdır. Son məlumata görə, Bokart-dan 65.000-dən çox Azərbaycan vətəndaşı gündəlik istifadə edir. Bu kartla ölkəmizin 600-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq mümkündür. Bolkart sahibləri kartlarından həmçinin vaxtaşırı nağd pul da çıxara bilirlər.
 
Bolkart-ın üstünlükləri ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.