Azərbaycanın "Rabitəbank" ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə yeni kampaniyaya start verib. Bankdan verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, kampaniya müddətində bankın bütün kreditləri xanım müştərilərə 5% bayram endirimi ilə verilir. Aksiya martın 15-dək davam edəcək.
Güzəştli kreditlər kampaniyası bütün qadınlara, o cümlədən müəssisə və təşkilatlarda çalışan və biznes sahibi olan qadınlara aiddir. Qadınlar kampaniya müddətində "Rabitəbank"-ın istənilən kreditini, o cümlədən avtomobil, nağd pul kreditləri, lombard və digər kreditləri, həmçinin bütün növ biznes kreditlərini illik faiz dərəcəsindən 5% güzəşt edilməklə ala bilər.
Kampaniya çərçivəsində kredit götürmək istəyən xanımlar bankın istənilən filialına müraciət edə bilər. Hazırda "Rabitəbank"-ın Bakıda 6 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcabədi, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir. Bakı və regional filialların əlaqə nömrələri və ünvanları haqqında məlumatı Bankın www.rabitabank.com veb-saytından əldə etmək olar.
"Rabitəbank"-ın əhaliyə və iş adamlarına təklif etdiyi kreditlərin faiz dərəcələri ölkənin bank bazarında sərfəli şərtləri ilə fərqlənir. Bu baxımdan daha 5% endirim edilməsi bankın kreditlərini müqayisə olunmaz dərəcədə sərfəli edir», - deyə məlumatda bildirilir.
Qeyd edək ki, "Rabitəbank" ASC bu il 20 illiyini qeyd edir. Yubileylə əlaqədar bank 2013-cü il ərzində bir sıra irimiqyaslı kampaniyalar keçirməyi planlaşdırır ki, bunlardan biri də artıq start götürüb.