Çox-çox sərfəli ALBALI kart sahiblərinə Unibank-dan növbəti bayram hədiyyəsi var. 6-7-8 mart tarixlərində ALBALI kartla alış-veriş edənlər, 500-dən artıq partnyor mağazada 6 aylıq əlavə taksitlə ödəniş imkanı qazanacaqlar.


 
Belə ki, aksiya çərçivəsində 3 və daha uzun müddətli ödənişlərə əlavə olaraq, 6 aylıq taksit imkanı da, Bank tərəfindən təqdim ediləcəkdir. Yəni 3 taksitlilər üçün ödəniş müddəti 9 ay,  12 taksitlilər olacaq 18 ay olacaq. Əlavə 6 taksitə görə, malın qiymətində də heç bir dəyişiklik olmayacaq.
 
Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı yüzlərlə mağazada  məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibankın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə aparmaq mümkündür.
 
Müştərilər ALBALI kartı Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən,  illik faiz dərəcəsi 0%  olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/  ünvanından doldura bilərsiniz.
 
“Albalı” kartı ilə bağlı bütün məlumatları  www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.
 
Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?
 
ALBALI – çox-çox sərfəli kart.
 
Unibank – hər kəsin bankı.