Azərbaycanın premium səviyyəli, ən böyük kinoteatrı “28 cinema” və “PAŞA Travel” şirkətinin birgə həyat keçirdiyi möhtəşəm kampaniya başa çatıb. Belə ki, mart ayının 6-da “Maldiv adalarına Novruz Tətili qazan!” kampaniyasının final günü keçirilib və qalib elan olunub. Qalib  Söhrab Seyidova Novruz tətilini dünyanın lüks və ekzotik istirahət məkanlarından sayılan Maldiv adalarında keçirmək üçün iki nəfərlik səyahət paketi hədiyyə edilib. Paketə iki nəfərlik aviabilet, 5 ulduzlu lüks mehmanxanada 7 gün / 6 gecə yerləşmə və gün ərzində 3 dəfə qidalanma, səyahət sığortası və ikitərəfli transfer daxildir.


 


Kampaniyanın şərtlərinə əsasən 2013-cü il fevral ayının 1-dən etibarən “28 cinema”-ya 2 ədəd bilet alan hər müştəriyə əvəzindən lotereya kuponu verilmiş və müştəri həmin kupona özü haqqında məlumatları qeyd edərək, kinoteatrın foyesindəkı lototrona atmalı idi. Kampaniyanın sonuncu günü isə lototrondan çıxarılan kuponun sahibi qalib elan olunur.


 


Qalibiyyətini şərh edən S. Seyidov kampaniyadan çox məmnun olduğunu bildirib. “İlk dəfədir ki, bele bir lotereyada iştirak edirəm və elə ilk iştirakımda qalib oldum. Açığı qalib olmağa görə deyil, sadəcə istirahətimi rəngarəng etmək, film izləmək üçün gəlirdim. Bura kinosevərlər üçün ən yaxşı yerdir. Sonda “28 cinema”ya hədiyyəyə və yaratdığı bu gözəl şəraitə görə minnətdaram” – deyə qalib bildirmişdir.


 


“Dünyada istirahət etməli çox yer vardır. Lakin Maldiv adaları digərlərindən öz təbiətinə və rəngarəngliyinə görə fərqlənir. Biz də öz növbəmizdə kampaniyanın rəngarəng etmək üçün məhz Maldiv adalarını seçməklə, bir növ, digərlərindən fərqləndirməyə çalışdıq. Artıq gələcək kampaniyalarda da fərqliliyə üstünlük verəcəyik”, – deyə “PAŞA Travel” şirkətinin Baş Direktoru Anar Rəhmənov bildirib.


 


“28 cinema” kinoteatrı təkcə filmlərlə deyil, həm də müxtəlif kampaniya və aksiyaları ilə öz müştərilərini sevindirir. Bilirsiniz ki, mart ayı az soyuqluğu və tətil günləri ilə boldur. Məhz bu iki amili nəzərə alaraq müştərilərimizə belə bir xoş şans yaratdıq. Beləliklə, qalibimiz tətilini ənənəvi olmayan şəkildə - çox isti və kurort məkanında keçirəcək. Onu da qeyd edim ki, bizim kinoteatrda müxtəlif vaxtlarda kampaniyalar və aksiyalar keçirilir və hər kəsi, ən azından, film izləməyə, xoş istirahət etməyə dəvət edirik”, – deyə “28 cinema”-nın Baş Direktorun müavini Kristina Bernard söyləyib.     


 


Qeyd edək ki, kampaniya  “28 cinema” və “PAŞA Travel” şirkəti tərəfindən həyata keçirilib və 2013-cü il fevral ayınn 1-dən mart ayının 5-dək davam etmişdir.


 


"PAŞA Travel" şirkəti 2003-cü ildə təsis edilib və tanınmış korporativ turizm agentliklərindən biri kimi güclü nüfuza malikdir. Şirkət öz müştərilərinə bütün istiqamətlərdə aviabiletlər, mehmanxanalar, transferlər və turların sifariş edilməsi, habelə viza xidmətlərinin göstərilməsi və korporativ tədbirlərin təşkili də daxil olmaqla, dünyanın istənilən nöqtəsinə səfərlər üzrə xidmətlərin tam spektrini təklif edir. 


 


“28 cinema” oturacaq yerlərinə görə ölkədə ən böyük kinoteatrdır və Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.