"Bank of Baku” vətəndaşların gündəlik ehtiyaclarını qarşılamaq üçün yeni “Ayda 100 manata 1000 manat kredit” məhsulunu təqdim edir. Məhsul çərçivəsində kreditlər yalnız şəxsiyyət vəsiqəsi ilə verilir. Beləliklə, “Bank of Baku” bu kampaniyadan faydalanmaq istəyən müştərilərdən iş yerindən arayış və zamin tələb etmir. Bu bank məhsulunun digər üstün cəhəti isə krediti vaxtında ödəmiş bütün müştərilərə sonuncu ayın ödənişi olan 100 manatı “Bank of Baku”-nun hədiyyə etməsidir. Kreditin məbləği 1000 manat təşkil edir.
Beləliklə, ödəniş qabiliyyəti olan hər bir vətəndaş “Bank of Baku”-nun sərfəli kredit kampaniyasından bəhrələnə bilər.
“Ayda yüz manata min manat kredit” məhsulu ilə daha ətraflı tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə və www.bankofbaku.com korporativ səhifəsini ziyarət etmək olar.